Yuxarı

Srebrenisa qurbanından Paşinyana Xocalı çağırışı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Srebrenisa qurbanından Paşinyana Xocalı çağırışı

Bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT-in qərargahında keçirilən "Sülh və ədalət" mövzusunda beynəlxalq tədbirdə "Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi"nin sədri Giorgiy Tatar tərəfindən "Barışıq üçün etiraf et" təşəbbüsü elan edilib. Təşəbbüsün əsas məqsədləri beynəlxalq ictimaiyyətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunmasıdır. Qeyd olunub ki, təşəbbüs insan haqları təşkilatları və nüfuzlu ekspertlərin qoşulması üçün açıqdır.

Axar.az xəbər verir ki, sözügedən tədbirin aparıcısı olan "Srebrenisa Anım Mərkəzi Muzeyinin" direktor müavini Amra Beqiç sonda emosional şəkildə çıxış edərək, Xocalı üçün ədalətin bərpasını insanlıq qarşısında borc olaraq adlandırdı. Xocalı cinayətinin Srebrenisada törədilən soyqırım ilə bir çox eyniliklərin olduğunu qeyd edən natiq bu təşəbbüsə qatıldığını elan etdi.

Sülhə töhfə vermək məqsədilə Amra Beqiç Ermənistanın Xocalı soyqırımını etiraf etməsini vacib saydığını bildirdi.

Bu məqsədlə o, bütün sülhsevər insanlara müraciət edərək Xocalı soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk növbədə, Ermənistan baş naziri N.Paşinyana və sıravi ermənilərə çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif etdi.

"Bu çağırışlarda yazacağınız cəmi üç söz - "Xocalı: Barışıq üçün etiraf et" (Khojaly: RecognizeToReconcile) regionda sülhün bərqarar edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz baxımından atacağımız ən bəsit addımdır", - deyə ictimai xadim vurğuladı.

Qeyd edək ki, Amra Beqiç özü Srebrenisa soyqırımı zamanı ailəsini itirib, kriminalistika üzrə Niderlandda təhsil alıb, Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və 2005-ci ildən Srebrenisa Memorial Kompleksində fəaliyyət göstərir.

Tarix
2022.02.23 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla