Yuxarı

Aynur Camalqızı: “Bilirdik ki, belə bir addım atılacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident tərəfindən göstərilən etimada görə, ölkə rəhbərinə öz təşəkkürünü bildirən yeni başçı deyib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi cənab İlham Əliyevin qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür:

"Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum". Məlumat üçün deyək ki, İ.Gülməmmədova buna qədər Abşeron merinin birinci müavini vəzifəsində çalışıb. Xatırladaq ki, bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da MR-nin mədəniyyət və turizm naziri postunu Natəvan Qədimovaya həvalə edib.

Ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən qadınların hakimiyyət orqanlarında, icraedici strukturlarda önə çəkilməsini yüksək qiymətləndirən "Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı "Şərq"ə verdiyi açıqlamada deyib ki, bu qərar dövlət başçısının Azərbaycan qadınına verdiyi böyük önəmin və etimadın göstəricisidir:

"Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qadın məmurun təyin olunmasını çox yüksək qiymətləndirirəm. Şübhə etmirəm ki, bu, davamedici proses olacaq və qanunverici orqanlarda olduğu kimi icraedici orqanlarda da Azərbaycan xanımlarını yüksək vəzifələrdə görəcəyik. Bunu gözləyirdik, bilirdik ki, belə bir addım atılacaq, bu qədər tez atılması sevindiricidir. Əminəm ki, icraedici orqanlarda, siyasi qərarların qəbulu prosesində qadınların iştirakı Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və Azərbaycanın bir dövlət olaraq intensiv inkişafı baxımından çox uzaqgörən və müdrik addımdır. Eyni zamanda, bu qərar Azərbaycan qadınlarını ruhlandırmalıdır ki, onlar da kişilərlə bərabər ən yüksək vəzifələrdə çalışa, dövlətə xidmət göstərə bilərlər".

Tarix
2015.09.04 / 00:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla