Yuxarı

Millimizin Malta sınağı; Türkiyə üçün məhşər gecəsi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin Malta sınağı; Türkiyə üçün məhşər gecəsi - Video

Bu gün "Avro-2016"nın seçmə mərhələsində 8-ci turun oyunlarına start veriləcək.

Axar.az-ın məlumatına görə, Azərbaycan yığması da növbəti matçına çıxacaq.

Robert Prosineçkinin komandası səfərdə qrupumuzun autsayderi Maltanın qonağı olacaq. Bakıdakı görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn komandamız eyni uğuru səfərdə də təkrarlamağa çalışacaq.

Son oyunda Bakıda Xorvatiya ilə 0:0 bərabərə qalan millimiz bu görüşün favoriti hesab olunur. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

A qrupunun lideri İslandiya öz meydanında autsayder Qazaxıstanı qəbu edəcək. İslandiya bu görüşdə qələbə qazanmaqla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək.

Qrup ikincisi Çexiya səfərdə Latviyanın qonağı olacaq. Qrupun maraq doğuran görüşü Türkiyədə keçiriləcək. Türkiyə Hollandiyanı sınağa çəkəcək. Fatih Terimin komandasını yalnız qələbə qane edəcək. Əks təqdirdə Türkiyə yığması işini daha da çətinə salacaq.

B qrupunun lideri olan Uels İsraillə münasibətlərinə aydınlıq gətirəcək. Britaniya təmsilçisi qalib gələrsə, final mərhələsinə vəsiqəni təmin edəcək.

Qrup ikincisi Belçika isə səfərdə Kiprin qonağı olacaq. Belçika bu oyundan qalib ayrılmaqla ən azı ikinci pillədəki mövqeyini qorumağa çalışacaq. Qrupun digər matçında Bosniya və Hersoqavina yığması autsayder Andorranı qəbul edəcək.

Tarix
2015.09.06 / 11:30
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla