Yuxarı

Bu rektorlar vəzifədən getdi - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rektorlar vəzifədən getdi - Siyahı

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərinin siyahısında bir neçə universitet rektorunun da adı var.

Axar.az xəbər verir ki, deputatlığa namizədliyini verən rektorlar tədris ocaqlarındakı vəzifələri ilə vidalaşmalı olacaqlar. Belə ki, bu gün mediaya açıqlama verən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov rektorların qarşısında seçim qoyduqlarını və ya parlament seçkilərinə qatılmağı, ya da rektor kimi fəaliyyətlərini davam etdirmək gərəkdiyinin xatırladıldığını bildirib. Nəticədə, YAP siyahısına düşən namizədlərin artıq rektor kürsüsü ilə vidalaşdığı şübhəsizdir.

YAP-ın siyahısında adı olan və deməli, rektor vəzifəsi ilə vidalaşacaq şəxslərsə bunlardır:

1. Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev - 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəddir;

2. Azərbacan Dillər Universitetinin rektoru Səməd Seyidov - 36 saylı Xətai dördüncü seçki dairəsindən namizəddir;

3. Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov - 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizəddir;

4. Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəddir.

Vurğulayaq ki, bu il keçiriləcək seçkilərdə deputatlığa namizədliyi təsdiq olunmayan millət vəkilləri rektor kimi fəaliyyətlərini davam etdirə biləcəklər. Rektor vəzifəsini millət vəkilliyinə dəyişməyənlər isə Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru) və Abel Məhərrəmovdur (Bakı Dövlət Universitetinin rektoru).

Tarix
2015.09.15 / 23:06
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

Keçmiş köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla