Yuxarı

Zahid Oruc: “Leyla Yunus azadlıqda olsaydı...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın vəziyyətini ən pis boyalarla təsvir edənlərdən fərqli olaraq, indi bizimlə düşmən vəziyyətində yaşayan bir ölkənin vətəndaşı Bakıya üz tutma qərarı verərək təhlükəsizliyinin məhz burada təmin olunacağına əmin olur. Hesab edirəm ki, bu, beynəlxalq aləm üçün çox mühüm bir siqnaldır.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsini şərh edərkən millət vəkili Zahid Oruc deyib. Millət vəkili hesab edir ki, bu hadisə səngərdə dayanan və Azərbaycana hər gün atəş açmağa hazır olan zabit ermənilər üçün də çox yaxşı bir göstəricidir:

"Ona görə ki, Azərbaycanın adı ilə öz millətini psixoloji gərginlikdə saxlayan və düşmənçiliyi stimullaşdıran Sərkisyan rejimi tərəfimizə keçən ermənilərin yaratdığı real mənzərə nəticəsində öz taxt-tacına böyük təhlükə ilə üzə-üzə qalıb. Martirosyanın verdiyi bəyanatlardan bəlli olur ki, bəlkə də on minlərlə erməni hər an tərəfimizə keçməyə hazırdı, yetər ki, Bakı onları qəbul etsin. Məsələnin başqa bir önəmli tərəfi isə Azərbaycan insan haqlarına dair kəskin qətnamələr qəbul edən və bu ölkəni müxtəlif hesabatlarda sonuncu yerlərə qoyanlar bundan sonra Martirosyanın bəyanatları qarşısında tab gətirə bilməyəcəklər. O, siyasi bir şəxsdir. Hesab edirəm ki, bunun özü də Ermənistandakı ümumi siyasi vəziyyətə dair önəmli bir göstəricidir".

Zahid Oruca görə, bu hadisə Azərbaycan QHT sektorlarının bir qisminin real fəaliyyətinin nədən ibarət olduğuna və reallıqda ölkəyə qarşı necə savaş apardıqlarına dair cəmiyyətimiz üçün də vacib bir məqamdır:

"Ekspert və politoloqlarımız dərhal Azərbaycanda insan haqları üzrə ixtisaslaşmış qurumların rəhbərləri ilə bu şəxs arasındakı paralelləri ortaya qoydular. Yəqin ki, Leyla Yunus azadlıqda olsaydı, Martirosyana qarşı döyüşməyə başlayacaqdı. Əslində niyyət bəllidir. Cəza qanunu işə düşən kimi bir erməninin həbsi beynəlxalq reaksiyalara səbəb oldu. İndi sabah Cəbrayıl və Füzuli azad olunsa, görün onda biz nə reaksiyalara üz-üzə qalacağıq, hətta Azərbaycan xalqına qarşı qəddarlıq törətmiş Bako Saakyan, 366-cı motoatıcı alayın tərkibində Xocalı qətliamının əsas istirakçılarından olan Seyran Ohanyan kimi cinayətkarlara qarşı cəza qanunu işə düşsə və onlar həbsə atılsalar belə, Azərbaycana qarşı avroqətnamələr yenə davam edəcək. Bu hadisə sübut etdi ki, ermənisiz bir Ermənistan formalaşdığı halda siyasi bir erməni bu gün Azərbaycanda sığınacaq tapa bilirsə, deməli, bu, regionu öyrənənlər üçün çox yaxşı bir müqayisə predmetidir".

Qeyd edək ki, Ermənistan Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyərək Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxsləri tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

Tarix
2015.09.20 / 09:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla