Yuxarı

Paşinyanın bu addımı elə müharibə səbəbidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bir çox məsələlərdə 10 noyabr bəyanatına zidd olan siyasət həyata keçirir. Cənab Prezident də öz çıxışlarında sözügedən məsələ ilə bağlı danışıb. Paşinyanın cavablarından görünən odur ki, İlham Əliyevin İrəvana xəbərdarlığı hədəfinə çatıb.

Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın dünən onlayn formatda keçirdiyi mətbuat konfransında Azərbaycanın yenidən müharibəyə hazırlaşması haqqında sözlərini şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T.Zülfüqarov İrəvanın Bakının tələblərinə ciddi şəkildə diqqət verməli olduğunu vurğulayıb:

“Azərbaycanın ölkə başçısı səviyyəsində verdiyi bəyanatlar əslində Ermənistan üçün təəccüblü olmamalıdır. Çünki 10 noyabr bəyanatı rəsmi İrəvan üçün həm də kapitulyasiya aktıdır. Dövlətimiz uzunmüddətli işğaldan sonra Ermənistanı məğlubiyyətə uğradaraq onu sülhə məcbur edib. Yazılı öhdəlik götürüb, sonra ondan boyun qaçırmaq elə müharibə səbəblərindən biridir. İrəvan mütləq şəkildə öz öhdəliklərini yerinə yetirməlidir. Daxildə problemləri var və s. onların öz işləridir. Lakin işğalçı dövlət üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, ölkəmizə dəyən ziyan ödənilməli, eyni zamanda işğal və atəşkəs dövründə, 44 günlük müharibə ərzində insanlığa qarşı cinayət törədənlər cəzalandırılmalıdır. Azərbaycanın tələbləri yalnız Ermənistana və beynəlxalq ictimaiyyətə deyil, eyni zamanda vasitəçilik rolu oynayan Rusiyaya ünvanlanıb. Sergey Lavrovun ölkəmizə son səfəri zamanı da bəhs etdiyimiz məsələlər qaldırılıb. Onlar ya siyasi yolla məsələnin həllinə razı olacaqlar, ya da Azərbaycan İrəvanı buna məcbur edəcək”.

Tarix
2022.06.28 / 15:10
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla