Yuxarı

Axar.Az Logo carnation

Londondakı “mehdiçilər”in Bakıdakı uzantıları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londondakı “mehdiçilər”in Bakıdakı uzantıları...

Bunu hamı bilməlidir! London şəhərində səfirliyimizə edilən hücum hər şeydən əvvəl Diplomatik fəaliyyətin tənzimlənməsi üzrə Vyana Konvensiyasının pozulmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Cavanşir Feyziyev deyib.

“London polisinin müdaxiləsi və səfirliyə qarşı vandalizm hərəkətləri törətmiş şəxslərin saxlanılması Böyük Britaniya tərəfindən Konvensiyanın şərtlərinə uyğun olaraq müvafiq addımların atıldığını göstərir. Lakin hücum faktının özü bir sıra ehtimallar yaradır ki, onların araşdırılması üçün bu fakt üzrə Azərbaycan və Böyük Britaniya hüquq-mühafizə orqanlarının birgə çalışmasına ehtiyac var. İlkin məlumatlara görə, səfirliyimizə hücum özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikal qrupun üzvləri tərəfindən həyata keçirilib. Böyük Britaniyada bütün müsəlman dövlətlərinin səfirliyinin mövcud olması şəraitində bu qrupun niyə məhz Azərbaycan səfirliyinə hücum etməsi sual doğurur.

Digər tərəfdən, bu hücumun Qarabağ ərazisində qeyri-qanuni yerləşən Ermənistan hərbçiləri tərəfindən törədilmiş qanlı insidentdən dərhal sonra baş verməsi ehtimal yaradır ki, bu hücum beynəlxalq səviyyədə Azərbaycana qarşı hansısa məkrli bir təxribat planının tərkib hissəsi ola bilər. Bu hadisələrdə qarşılıqlı əlaqənin olub-olmadığı araşdırılmalıdır. Həmin radikal qurumun Azərbaycan daxilində fəaliyyət göstərən hansısa təxribatçı qrupla və ya şəxslərlə əlaqədə olmasını da istisna etmək olmaz. Buradan belə bir ehtimal da yaranır ki, ölkə xaricində səfirliyimizə hücum edən qruplaşmanın ölkə daxilində hansısa marginal qruplarla işbirliyi mövcuddur. Əks halda həmin qrup üçün bu hücumun heç bir mənası olmazdı. Bu hücumun hansı qüvvələr tərəfindən nəyə və kimə qarşı mesaj olduğunun aydınlaşdırılmasına ehtiyac var. Ən başlıcası isə bu radikal qruplaşmanın Azərbaycan səfirliyinə hücumunun arxasında üçüncü tərəfin, yəni hansısa dövlətin xüsusi xidmət orqanlarının dayana bilməsi də əsas ehtimallardan biri kimi araşdırılmalıdır.

Bir sözlə, özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikalların ölkəmizə qarşı mübarizədə əslində kimə və nəyə xidmət etdiyini aydınlaşdırmaq baş verənlərin əsl mahiyyətini açıb göstərə bilər. 30 illik müstəqillik tariximizdə dəfələrlə üzləşdiyimiz təhdid, terror və təxribat hadisələrinə qarşı Azərbaycan dövlətində kifayət qədər siyasi və hərbi immunitet formalaşıb və istənilən halda belə cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Son 30 ildə qazandığımız iki ən böyük qələbəni – müstəqilliyimizi və Vətən müharibəsindəki qələbəmizi heç kimə və heç nəyə güzəştə getməyəcəyik. Çünki bu qələbələr xalqımızın qanı bahasına qazanılıb və qanımızla-canımızla da qoruyacağıq. Bunu hamı bilməlidir – ölkənin daxilində də, xaricində də”, - deputat bildirib.

Tarix
2022.08.05 / 13:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla