Yuxarı

Ekozyants “ən qədim” erməni mifini darmadağın etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekozyants “ən qədim” erməni mifini darmadağın etdi

Erməni mənşəli ukraynalı tarixçi-tədqiqatçı Filipp Ekozyants sosial şəbəkələrdə bölüşdüyü son videoda erməni tarix elmləri doktorunun şərhlərinə cavab verərək, “Tiqranakerti” - ən keyfiyyətli erməni hiyləsi adlandırıb.

Axar.az xəbər verir ki, erməni tarix elmləri doktoru Stepan Stepanyan ermənilərin “qədimliyi”ndən danışarkən Tiqranakertin (Azərbaycanın Ağdam rayonunun Şahbulaq kəndi - red.) guya çox əsrlər əvvəl mövcud olduğunu və bunun guya ermənilərin “qədimliyini” birbaşa sübut etdiyini deyib.

Erməni elmlər doktorunun bu yalanına cavab isə elə erməni alimlərdən gəlib.

Belə ki, erməni tarix elmləri doktoruna cavab verən Ekozyants qeyd edib ki, Tiqranakert ən keyfiyyətli erməni saxtakarlığıdır.

“Bu, Ermənistan tarixində gördüyüm ən yaxşı və qədim saxtakarlıqlardan biridir. Hətta bu şəhərin tarixinin olmaması da burada maraqlı deyil. Onsuz da bu barədə heç kim heç bir tarixi fakt tapa bilməz. Burada onun adının tarixi ədəbiyyatda olmasına diqqət yetirmək lazımdır. Bu, çox gözəl bir psixoloji oyundur. Tiqranakert ilə bağlı o qədər saxta məlumatlar var ki, insan beyni bunu həqiqət kimi qəbul edir. Reallıqda isə bu bir uydurmadır, lakin bu məlumatın dərin mifik kökləri var”, - deyə erməni tədqiqatçı qeyd edib.

Tarix
2022.08.09 / 13:36
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla