Yuxarı

"Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılışı oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılışı oldu

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər.

Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb.

General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın formalaşması və inkişafında xüsusi rola malik olduğunu vurğulayıb.

Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.

Tədbirin rəsmi hissəsindən sonra yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün konsert proqramı təqdim olunub.

Qeyd edək ki, avqustun 24-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan komandaları iştirak edirlər.

Tarix
2022.08.13 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla