Yuxarı

Çevik Polis Alayı Ramil Usubova hesabat verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-də Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əməliyyat müşavirəsini açan nazir R.Usubov bildirib ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurub.

Müşavirədə qeyd olunub ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 528 nəfərin, o cümlədən oğurluğa görə 133, xuliqanlığa görə 126, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 129, dələduzluğa görə 16, digər cinayətlərə görə 27, habelə axtarışda olan 78 şəxsin tutulmasında iştirak edib.

Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 26052 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunmuşdur. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 11,7 faiz çox olub.

Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov son illər Alayın professionallıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırladıb.

Çıxışının sonunda Ramil Usubov əmin olduğunu bildirib ki, Alayın əməkdaşları 2014-cü ildə də üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirəcək, xidmətdə, həmçinin şəxsi həyatda başqalarına nümunə olacaq, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər ("Aznews.az").

Tarix
2014.01.18 / 14:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla