Yuxarı

İrəvan həddini bu dəfə də aşarsa...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Avrasiya İttifaqı təşkilatının baş nazirlərinin toplantısı formal xarakter daşıyan görüşlərdən biri olacaq.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, Ermənistan bu dəfə də Azərbaycanla bağlı hay-küyündən geri qalmayacaq:

"Avrasiya İttifaqı dünya siyasətinə elə də güclü təsiri olan bir təşkilat deyil. Baş nazirlərin görüşündə hər hansı bir qərar qəbul edilsə belə, bu, Azərbaycana heç bir təsir göstərməyəcək. Ermənistan çox güman ki, Azərbaycanla bağlı hay-küyündən geri qalmayacaq. Güman edirəm ki, orada Azərbaycanı müdafiə edən qüvvələr tapılacaq. Eyni zamanda, Moskva İrəvana bu dəfə müəyyən hədləri keçməsinə imkan verməyəcək. Müzarikələrdən asılı olmayaq, bu görüş beynəlxalq mühitə töhfələr verəcək qüdrətdə deyil. Çünki hazırda supergüclər yeni III Dünya savaşının qarşısını almaq barədə düşünürlər və beynəlxalq münasibətlərin gərginləşib iri miqyaslı qarşıdurmalara çevrilməsinin qarşısını almağa çalışırlar".

Qeyd edək ki, bu ilin sonuna qədər Ermənistanda Avrasiya İttifaqı təşkilatının baş nazirlərinin görüşü keçiriləcək. Görüş üçün Rusiya Baş naziri Dmitri Medvedyevin də İrəvana gələcəyi deyilir.

Tarix
2015.10.09 / 09:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla