Yuxarı

İrəvanla Bakıya dəstək verməyə hazırıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanla Bakıya dəstək verməyə hazırıq

İsveç Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İsveç Krallığının xarici işlər naziri Ann Linde Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşündə deyib.

Gorüş zamanı Azərbaycanla İsveç arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib, İsveçin ATƏT-də sədrliyi dövründə apardığı fəaliyyət müsbət qiymətləndirilib. C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə barədə ətraflı məlumat verib.

İsveçli nazir mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdırıb və normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib.

Tarix
2022.09.24 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla