Yuxarı

Fəzail Ağamalı şəhid ailəsinə söz verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Qarabağlı inzibati ərazisində seçicilərlə görüşüb.

Ana Vətən Partiyasının mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüş Fəzail Ağamalının təklifi ilə iki gün öncə Ankara şəhərində baş vermiş terror aktında həlak olanların bir dəqiqəlik sükutu ilə başlayıb.

Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi görüşü açıq elan edərək, sözü seçicilərə verib.

Kənd ağsaqqallarından Cəlil Məmmədov, Yavər Orucov, Qarabağlı kənd Ağsaqqallar Şurasının sədri Hacı Musa Kazımov, müəllimə Maral Orucova, kənd ziyalısı Ramil Zeynalov ötən 5 ildə Qarabağlı və Kərimbəyli inzibati ərazilərində həyata keçirilən mühüm tədbirlərin üzərində dayandılar, kəndlərin tam qazlaşmasını, ən müasir məktəblərin istifadəyə verilməsini, çəkilməkdə olan Şirvan-Salyan magistral yolunun əhəmiyyətini önə çəkib və bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirib, seçiciləri qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verməyə dəvət ediblər.

Görüşdə çıxış edən şəhid anası Rahilə Şahbazova qarşılaşdığı problemləri F.Ağamalının diqqətinə çatdırıb və ondan dəstək istəyib.

Görüşün sonunda F.Ağamalı şəhid anası R.Şahbazovanın yaşadığı evə gedərək, onun vəziyyətilə yerində tanış olub. F.Ağamalı əgər seçilərsə, həmin problemlərin aradan qaldırılmasına kömək edəcəyinə söz verib.

Qeyd edək ki, növbəti görüş oktyabrın 16-da Çuxanlı kəndində keçiriləcək.

Tarix
2015.10.12 / 17:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla