Yuxarı

Qaribaşvilinin Bakı səfərinin sirri – Rica

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin müəyyən dairələri Azərbaycandan heyf çıxmaq üçün Gürcüstana təzyiq göstərə bilərlər.

Bu barədə Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin yaxın gələcəkdə Gürcüstana gözlənilən səfəri barədə danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri son zamanlar Gürcüstanın daxili bazarına, xüsusən də qaz bazarına bir-birinin ardınca müdaxilələrin artdığını deyib:

"Qazpromun sədri Aleksey Miller Tiflisdə olarkən sərfəli qiymətlərlə qaz təklifi irəli sürsə də, sonradan bu sövdələşmə axsadı. Gürcüstanda müəyyən dairələr var ki, hələ də rus qazının alınmasını istəyirlər. Ancaq bu, Gürcüstanın mərkəzində kütləvi etirazlara səbəb oldu. Başqa bir ideya isə İrandan qaz alınması ilə bağlıdır. Bu isə çox abstrakt ideyadır. Çünki Ermənistan ərazisindən bu qaz xəttinin çəkilməsi çox baha başa gələ bilər. Sovet dövründən qalma bir qaz xətti var ki, bu da Azərbaycanın ərazisindədir. İran isə bu kəmərə meyillənməyə və Azərbaycanın ərazisi ilə öz qazını Avropa bazarına çıxarmağa çalışır. Əlbəttə, ilk vaxtlar güclü qiymətlər təklif edilə bilər. Ancaq Gürcüstan tərəfinin buna marağı yoxdur. Buna görə də Qaribaşvili Bakıya xüsusi təkliflərlə gəlmişdi. Doğrudur, ortada Gürcüstana satılan Azərbaycan qazının ucuzlaşdırılması məsələsi var. Ancaq Azərbaycan hər zaman ən çətin günlərində Gürcüstanın yanında olub. Bu gün Gürcüstanın büdcəsinin formalaşmasında Bakı-Ceyhan, Bakı-Ərzurum qaz xətti tranzitindən gələn gəlirlər 30 faizdən yuxarıdır. Digər iqtisadi əlaqələr daha da inkişaf etməkdədir".

Politoloq bildirib ki, görünür, Gürcüstanın siyasi rəhbərliyi bu görüşə ehtiyac duyub:

"Vaxtilə neft xəttinin çəkilməsi zamanı ciddi müzakirələr gedirdi, mərhum Heydər Əliyev Gürcüstan xəttini seçməklə ölkəni iqtisadi böhrandan və çökməkdən xilas etdi. İndi müxtəlif rəqiblər meydana çıxa bilər. Hətta Qərbin müəyyən dairələri də Azərbaycandan heyf çıxmaq üçün Gürcüstana təzyiq göstərə bilərlər. Gürcüstanın siyasi rəhbərliyi isə bunu çox yaxşı başa düşür. Görünür, danışıqlara ehtiyac məhz bu səbəbdən yaranıb. Ancaq Azərbaycanla əlaqələri qırmaq və Bakını kiməsə dəyişmək mümkün deyil. Nə qədər cəhd etsələr də, Azərbaycan-Gürcüstan əlaqələrinin stabil inkişafına maneə törədə bilməyəcəklər".

Tarix
2015.10.13 / 09:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla