Yuxarı

Adil Əliyev birinci oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədlərin reytinqini müəyyənləşdirmək məqsədilə bir neçə seçki dairəsində sorğuların aparmasını planlaşdırıb.

ADİİM sədri Cavid Şahverdiyevin Axar.az-a verdiyi məlumata görə, müəyyən olunan seçki dairələrinin hər birində 3 gün müddətinə 150 seçici arasında sorğu aparılacaq:

"Deputatlığa namizədlərin oktyabrın 9-da başladığı təbliğat günündən oktyabrın 11-dək əməkdaşlarımızın sorğu keçirdiyi ilk dairə – 20 saylı Nərimanv ikinci seçki dairəsi olub. Sorğuda yaş məhdudiyyəti yoxdur, yalnız seçici hüququ olan vətəndaşlarımız iştirak edir. Təşkilatımızın əməkdaşları seçicilərlə şifahi sorğu keçirirlər, onlara verilən anketlərdə isə qeydlər aparılır".

QHT sədrinin sözlərinə görə, sorğu keçirilən ilk dairədə respondentlərin 85 faizi bu seçkilərdə də indiki deputat Əliyev Adil Abış oğluna səs verəcəklərini bildiriblər:

"Sorğunun nəticələrinə görə, sonrakı yerləri Əkbərova Svetlana Cümar qızı, Dilbazi Yeganə Zirəddin qızı və Qurbanova Aygün Fuad qızıdır".

Adil Əliyevin daha çox səs qazanmasına səbəb isə seçicilərinin hüquqlarının qorunmasında onlara yaxından dəstək göstərməsi, problemlərini həll etməsi və xeyriyyəçilik missiyasıdır.

Növbəti sorğu (12-14 oktyabr) 54 saylı Şabran-Siyəzən seçki dairəsində aparılacaq.

Onu da qeyd edək ki, ADİİM 2003, 2008 və 2013-cü illərdə prezident seçkilərində bu tipli sorğular keçirib.

Tarix
2015.10.13 / 12:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla