Yuxarı

Rusiya PUA əvəzinə İrana nüvə verəcək? - Başbuğ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya PUA əvəzinə İrana nüvə verəcək? - Başbuğ

Bildiyimiz kimi, Rusiya və İran arasında Suriya məsələsində də yaxınlaşma var. İqtisadi və təhlükəsizlik sahəsində də əməkdaşlıq mövcuddur. Lakin sözügedən yaxınlığın uranın zənginləşdirilməsi qarşılığında müharibədə Rusiyaya tam dəstək verəcək səviyyəyə gəlməsi məsələsi mübahisəlidir.

Bu sözləri Axar.az-a Qərb mətbuatında Rusiyanın İrana PUA və raketlər müqabilində nüvə proqramını başa çatdırması üçün köməklik göstərəcəyi iddiaları haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ deyib.

Başbuğun sözlərinə görə, nüvə proqramının tamamlanması üçün yardım real görünmür:

“Qərb ələ keçirilən dronlar üzərində aparılan araşdırmalar əsasında bunların İranda istehsal olunduğunu, lakin Rusiya tərəfindən boyanaraq gizlədildiyini qeyd edir. Hələ ki, nə Rusiya, nə də İran bu iddiaları qəbul edib. Bir neçə gün öncə “Röyters” İranın Rusiyaya “Fateh” və “Zülfüqar” ballistik raketlərini verəcəyi haqqında məlumat yayıb. Arxasınca isə edilən yardımın qarşılığında Moskvanın uranın zənginləşdirilməsi və nüvə proqramının tamamlanması üçün Tehrana yardım edəcəyi informasiyası ortaya çıxdı. Düzdür, Rusiyanın silah və sursatı, döyüş texnikası tükənmək üzrədir. Çünki embarqolara görə istehsal çox azalıb. Ancaq nüvə silahı məsələsində İrana yardım edəcəyini real hesab etmirəm. İrana yeni sankiya tətbiq etməyin ən rahat yolu uranın zənginləşdirilməsini bəhanə etməkdir. Qərbin də etdiyi budur”.

Tarix
2022.10.22 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla