Yuxarı

Nazir oğlunun şirkəti xalq artistinin övladına verildi – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir oğlunun şirkəti xalq artistinin övladına verildi – Açıqlama

Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant Holdinq"ə daxil olan şirkətlərdən biri – M-Trans MMC-nin rəhbərliyində dəyişiklik baş verib.

Bu barədə "Azərfaks"a Nəqliyyat Nazirliyindəki mənbə danışıb. Məlumata görə, avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən M-Trans MMC-yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik edir.

Onun hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət etdiyi deyilir.

A.Bəşirqızı Axar.az-a açıqlamasında mövzu ilə bağlı ümumiyyətlə danışmayıb. Xalq artisti "Afaq xanım, sualın yalnız "Azərfaks"ın yaydığı məlumata görə …" hissəsini eşidən kimi əməkdaşımızın sözünü kəsərək, mövzunun mahiyyətini dinləmədən bu cavabı verib:

- Mən heç nə bilmirəm, məlumatım yoxdur, ölkədə deyiləm, bu barədə (?!) danışa bilmərəm.

Qeyd edək ki, M-Trans Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

2005-ci ildən isə M-Trans MMC avtovağzal xidməti də göstərir. Şirkət Bakıdan ölkəmizin bütün bölgələrinə, həmçinin Rusiya, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir.

Tarix
2015.10.19 / 10:45
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla