Yuxarı

Eks-nazirin qohumunu öldürən xanımının məhkəməsi başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eks-nazirin qohumunu öldürən xanımının məhkəməsi başladı

Sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlunu öldürən şəxsin məhkəməsi başlanıb.

Axar.az xəbər verir ki, Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlində ittiham olunan xanımı, 1969-cu il təvəllüdlü Xalidə İsgəndoravanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Report-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfinin vəkilləri cinayət işinin materialları ilə tanış olmadıqlarına görə məhkəmədən vaxt istəyiblər. Məhkəmənin hazırlıq iclası noyabrın 2-də davam etdiriləcək.

Yada salaq ki, Axar.az F.İsgəndərovun eks-nazirin qohumu olması faktını və qətlin təfərrüatı barədə məlumat yaymışdı. Keçmiş məmurun ölümü ilə bağlı istintaqın nəticəsi barədə aylar əvvəl qohum-əqrəbada şübhələr olub.

Ötən il sentyabrın 1-də baş verən qətldən 9 aydan çox vaxt keçənə qədər yaxınları bu hadisəni törədənlərin kimliyini ehtimal etsə də, sübut edə bilməyiblər.

Qatil X.İsgəndərovanın psixoloji problemləri olub, tez-tez özündən çıxırmış, müxtəlif hallara düşürmüş. Qatilin əvvəllər də ərinə hücumlar etdiyi, evdə mübahisələr yarandığı söylənir.

2014-cü il avqustun 29-da F.İsgəndərov qızına təmtəraqlı toy etmişdi. İstintaqın ilk günlərdə ehtimalı belə idi ki, qızının toyundan iki gün sonra qətlə yetirilmənin məqsədi soyğunçuluqdur. Cani toyda külli miqdarda pul yığıldığı düşüncəsində olub.

Hətta qatilin daha sonra evə girdiyi və F.İsgəndərovun xanımını boğmağa başladığı, bu zaman üzündən maskasının düşdüyü, bundan sonra qadını buraxaraq qaçıb getdiyi iddia olunurdu.

Daha sonra məlum oldu ki, mərhumun yoldaşı bu informasiyaları sızdırmaqla məsuliyyətdən yayınırmış.

Hadisə Nizami rayonu, Babək prospekti-17 ünvanında olub. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib.

Mərhumun iki qızı var.

Tarix
2015.10.20 / 13:14
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla