Yuxarı

Eldar Mahmudovun milyonluq holdinqi – Şok faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldar Mahmudovun milyonluq holdinqi – Şok faktlar

Oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad olunan Eldar Mahmudova bağlı olan iri biznes qurumlarından birinin adı açıqlanıb. Kifayət qədər çoxşaxəli fəaliyyət sahələri olan şirkətə birbaşa keçmiş nazirin oğlunun rəhbərlik etdiyi bildirilir.

"Marja"nın xəbərinə görə, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal" holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.

Saytın araşdırması nəticəsində məlum olub ki, "Caspian Crystal" bir neçə istiqamətdə ixtisaslaşıb -katerinq, qida, restoranlar və avtomobil satışı.

Eksklüziv şərablar

"Kaspian Kristal" şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – "Wine City"nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. "Wine City" mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub.

Lüks qədəhlər

"Kaspian Kristal" şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı "Riedel Crystal" şirkətinin Azərbaycanda rəsmi distribütorudur.

Qastronomlar

"Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və "Gastronomy" pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb. Hazırda "Gastronomy-1″, "Gastronomy-2″ və "Gastronomy-3″ mağazaları fəaliyyət göstərir.

Dəbdəbəli restoranlar

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan "Caspian Crystal" - "Beluga", "Salvador Dali", "Lord", "VİP", "Velluto" və "Crystal Shikhovo" kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

Katerinq xidməti

"Caspian Crystal" şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Şirkət quruda olduğu kimi, neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.

Lüks avtomobillər

Azərbaycanda "Range Rover", "Jaquar", "Maserati" avtomobillərinin və "Dicati" motesikletlərinin rəsmi distribütoru olan "Crystal Motors" şirkəti də "Caspian Crystal" holdinqə bağlıdır.

"Caspian Crystal"ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal" plazada yerləşir.

Tarix
2015.10.20 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla