18:24
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli
1346-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş
ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
vermək, həmin Qanundan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasında dövlət
daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran
şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan
qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata
keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam
imzalayıb.
Sərəncama əsasən Lənkəran şəhəri ərazisinə yağan leysan yağışlar
nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli
binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə
Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının
2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan 4,0 (dörd) milyon
manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etmək tapşırılıb.
18:44
İlham Əliyev gömrük
sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi
yoxlamaların sadələşdirilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gömrük-buraxılış
məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədi
ilə qərara alıram:
1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları
ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına
çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti
məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat
vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının
ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük
ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə
tapşırılsın ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 3 mart tarixli 396 nömrəli Fərmanının
3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması
qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət
sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi
lövhələrdə yerləşdirildiyinə dair məlumatı bir ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
19:23
"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2015-ci il 6 oktyabr tarixli 1345-IVQD nömrəli Qanununun tətbiqi və
"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" fərman imzalayıb.
Fərmanda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Qaçqınların və
məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr
tarixli 1345-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Qaçqınların və məcburi köçkünlərin (ölkə
daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə
daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsinin beşinci hissəsində və 11-ci
maddəsinin birinci hissəsinin altıncı abzasında nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.
4. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7,
maddə 410; 2008, № 3, maddə 168; 2010, № 8, maddə 718; 2014, № 11,
maddə 1409) 2-ci hissəsinin yeddinci abzasında "10-cu maddəsinin
birinci hissəsində (birinci halda)" sözləri "6-cı maddəsinin
beşinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (birinci
halda), 11-ci maddəsinin birinci hissəsinin altıncı abzasında"
sözləri ilə əvəz edilsin".
19:42
Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar
aşağıdakı kimidir:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci
il 6 oktyabr tarixli 1347-IVQD nömrəli Qanununun tətbiqi
barədə;
"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci
il 6 oktyabr tarixli 1348-IVQD nömrəli Qanununun tətbiqi
barədə;