105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd
Qənirə Paşayeva rayonun Qaraxanlı kəndinin sakinləri ilə
görüşüb.
Axar.az xəbər verir ki, seçicilər qarşısında çıxış edən Qənirə
Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq
siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə
də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata
keçirilmiş böyük işləri barədə məlumat verib.
Cənab Prezidentin son günlər imzaladığı fərmanlar barədə də
danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, bütün bu
addımlar bölgələrdə kiçik və orta sahibkarlığın inkişafına təkan
verməklə yanaşı insanlarımızın həyat səviyyəsinin inkişafına da
özünün müsbət töhfəsini verəcək.
Çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən
10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər
ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə
təmsil etmək üçün var qüvvəsi ilə çalışıb: "10 il deputat
fəaliyyətim dövründə Tovuzda nə ailəm üçün biznes qurdum, nə də
qohumlarımın yüksək vəzifələrə təyini xahişini etdim. Bu illər
ərzində Tovuzda nə xahişim olubsa sizinlə, seçicilərimizlə bağlı
olub və mən hər zaman əlimdən gəldiyi qədər sizin problemlərinizin
həlli üçün imkanlar və səlahiyyətim daxilində əlimdən gələni etməyə
çalışdım.
Hər zaman sizin fikir və təkliflərinizi qanunların müzakirəsi
zamanı səsləndirməyə çalışdım və ölkəmizin dünyada daha da geniş
tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha da geniş yayılması
istiqamətində dövlətimizin geniş fəaliyyətinə dəstək olmağa
çalışdım. Bu gün regionda və fünyada gedən bir sıra proseslər
barədə danışan millət vəkili Qənirə Paşayeva bizim hamımız üçün
dövlətimizdən, onun müstəqilliyindən dəyərli heç nə ola bilməz.
Bizim inkiafımız, ortaya çıxan problemlərimizin həlli dövlətimizin
inkişafından keçir. İnkişaf isə sabitlikdən. Ona görə də ölkəmizin
sabitliyi, inkişafı və ərazi bütövlüyümüzün bərpası üçün cənab
Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək daha da
çox çalışmalıyıq.
Və böyük və kiçik olmasından asılı olmayaraq hər bir vəzifə
sahibi insanlarımızın qayğı və problemlərinə həssaslığı daha da
artırmalı, onların həlli üçün çalışmalıdır, onları artırmaq üçün
deyil. Cənab Prezident müşavirələrinin birində söylədiyi kimi biz
hamımız xalqa xidmət etməliyik. Mən 10 il deputatlıq fəaliyyətimdə
hər zaman bu düşüncə ilə hərəkət etdim və sizə xidmət etməyi özümə
şərəf bildim" deyən millət vəkili Qənirə Paşayeva son 10 il ərzində
Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Qaraxanlı
kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini
tapdığını deyib.
Qaraxanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu
vurğulayan Qənirə Paşayeva bildirib ki, 10 illik fəaliyyəti
dövründə Qaraxanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi
problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin
müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və
ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə
də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil
etmək üçün əlindən gələni etməyə çalışacaq.
10 illik fəaliyyəti ilə bağlı hesabat verən millət vəkili Qənirə
Paşayeva bildirib ki, bundan sonra da kənd sakinlərinin həllini
gözlədiyi problemlərin həllini tapması üçün müvafiq qurumlarla hər
zaman müzakirələr apararaq dəstək göstərməyə çalışacaq. "Bəzən bir
problemin həlli üçün 1 qurumun rəhbərinə 3-4 dəfə müraciət etmişəm,
amma bundan heç zaman çəkinməmişəm. Çünki sizin probleminiz mənim
problemimdir.
Ölkəmizin hüdudlarından kənarda beynəxalq qurumlardakı
fəaliyyətimdə də hər zaman sizi, ölkəmizi layiqli şəkildə təmsil
etməyə çalşmışam", - deyən Qənirə Paşayeva 10 illik millət vəkili
fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə
heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq
qrunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları
naminə var gücü ilə çalışdığını deyib.
Görüşdə çıxış edən onlarla
kənd sakini, ziyalılar millət vəkili Qənirə Paşayeva təkcə rayon
səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini,
onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli
istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək
qiymətləndirdiklərini vurğulayaraq sizə etimadımız tamdır və
yenidən sizə etimad göstərəcək, səs verəcəyik deyiblər. Görüşdən
sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin
həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və
qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə
Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət
qurumlarına müraciət edəcəyinə söz verib.
O bildirib ki, kəndin içməli
su məsələsinin yaxşılaşdırılması üçün bir neçə dəfə "Azərsu"ASC-nin
sədri Qorxmaz Hüseynov ilə müzakirə aparıb. "Azərsu" rəhbərinin
kəndə yeni su xəttinin çəkilməsi layihəsini hazırlamaq üçün Bakıdan
bir qrup da göndərdiyini və məsələnin gələn il içərisində həllini
tapacağını söylədiyini deyən Qənirə Paşayeva bu məsələni bundan
sonra da daim diqqətdə saxlayaraq həllini tapması üçün əlindən
gələni edəcəyini deyib.
Millət vəkili kəndin əkin
sahələrinin suvarılması sahəsində vəziyyətin daha da
yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri
ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian
quyularının saylarının daha da artmasına olan ehtiyac barədə
onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il
də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini
vurğulayıb.
Hər iki məsələni bir millət
vəkili olaraq daim diqqətdə saxladığını deyən Qənirə Paşayeva
yenidən onlarla bağlı "Azərsu" ASC və Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin rəhbərlikləri ilə müzakirə aparacağını,
sakinlərin bu istiqamətdə fikir və təkliflərini yenə də onlara
çatdıracağını deyib. Millət vəkili görüş zamanı ona müraciət edən
xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat
olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya
Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil
edib.
Millət vəkili Qənirə Paşayeva
həmçinin kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da
görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə
Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları
ilə də görüşərək onların qayğı və problemləri ilə
maraqlanıb.
Seçicilər millət vəkili ilə
görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan
insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o
da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin
rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində
dəstəyi daha da artırmalarını xahiş edib.
Seçicilər millət vəkili Qənirə
Paşayevaya siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə
qazanmısınız və bu dəstək davam edəcək və inanırıq ki, siz bundan
sonra da hər zaman bizim səsimiz olacaqsınız deyərək uğurlar
diləyiblər.