Yuxarı

Ərdoğan tarixdə ən böyük zəfərini qazandı - Qardian

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan tarixdə ən böyük zəfərini qazandı - Qardian

Türklər Ərdoğanın vəd etdiyi sabitlik üçün ağır əvəz ödəyə bilərlər.

Axar.az xəbər verir ki, bu iddia ilə "Qardian" qəzeti çıxış edib. Qəzet Ədalət və İnkişaf Partiyasının 7 iyundan sonra tarixinin ən böyük uğurunu qazandığını bildirib:

"Ərdoğan "məndən sonra tufan olacaq" siyasətindən yararlanaraq, hər şeyi dəyişə biləcəyini planlaşdırırdı. Prezident tərəfsiz olmağına rəğmən, seçki kampaniyası boyunca sabitlik, təhlükəsizlik sözlərini dəfələrlə işlətdi. Görünür, kifayət qədər seçici Ərdoğanın bu xəbərdarlıqlarını nəzərə aldı. AKP MHP-dən dəstək ala bilsə, konstitusiyanı dəyişdirməyə bəs edəcək 330 səsə sahib olacaq. Bu, Ərdoğanın ən böyük arzusunun gerçəkləşdirilməsi olacaq. Yəni Putin kimi səlahiyyətlərə malik bir status qazanacaq. Müxalifət bir zamanlar Ərdoğanı AKP-nin seçkidəki məğlubiyyətinə görə PKK ilə savaşı yenidən başlatmaqda günahlandırırdı. İndi o, üstünlüyündən istifadə edib, PKK-ya qarşı daha sərt addımlar ata bilər. Buna alternativ olaraq isə bir neçə ilə öncə başlatdığı sülh prosesini də gündəmə gətirə bilər. ABŞ isə bu sülh prosesinin reallaşdırılması üçün təzyiqlər edəcək".

Tarix
2015.11.02 / 11:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla