Yuxarı

Səfər Əbiyevin Müdafiə Nazirliyindəki kadrları – Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfər Əbiyevin Müdafiə Nazirliyindəki kadrları – Siyahı

Yeni nazirin onları vəzifədən çıxarılacağı gözlənilir

Ötən il Ali Hərbi Akademiyanın dinləyiciləri, həmçinin Ordudakı bir qrup zabitin imzası ilə mətbuata ünvanlanan və Müdafiə naziri Səfər Əbiyevin biznes imperiyasını, kadrların seçimindəki yerlibazlığını əks etdirən mətn əsasında hazırlanmış yazını "Yeni Müsavat" qəzeti növbəti dəfə yayıb.

Yazıda Səfər Əbiyevin özünə yaxın şəxsləri Müdafiə Nazirliyində yüksək vəzzifələrə yerləşdirməsi də əksini tapıb. Siyahıdan da göründüyü kimi, həmin şəxslər Səfər Əbiyevin təmsil olunduğu bölgədə doğulublar. Yeni Müdafiə naziri Zakir Həsənovun kadr islahatlarına həmin siyahıdakı bəzi şəxlərin adı artıq düşüb. Bu isə Müdafiə Nazirliyindəki "vurulacaq kadrları" təsəvvür etməyə imkan verir.

"Axar.az" Müdafiə Nazirliyndəki "Səfər Əbiyevin kadrları" kimi təqdim edilən həmin siyahını təqdim edir:

1. Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov;

2. Müdafiə nazirinin köməkçisi, polkovnik Elçin Xəlilov (Yeni nazirin E.Xəlilovu işdən çıxarması barədə dünən məlumat yayıldı);

3. Baş Qərargah rəisinin köməkçisi, polkovnik Elxan Məcidov;

4. Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Rəhim Cəfərov;

5. Mühəndis Xidməti rəisi, polkovnik Mehman Qədiməliyev (Yeni nazir M.Qədiməliyevi artıq işdən azad edib);

6. Kadrlar İdarəsinin rəisi, polkovnik Mahmud Ağadadaşov;

7. Hüquq İdarəsinin rəisi, polkovnik Rauf Kişiyev;

8. Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Piri İsrafilov (2013-cü ildə P.İsrafilov general rütbəsi alıb);

9. İşlər İdarəsinin rəisi, polkovnik Baxış Ələkbərov;

10. Ərzaq Xidməti rəisi, polkovnik Mustafa Qayıbxanov;

11. Təşkilat-Səfərbərlik İdarəsinin rəisi, Baş Qərargahın rəis müavini general-mayor Yaşar Aydəmirov (Yeni nazir əmri ilə vəzifədən çıxarılıb);

12. Maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev (Vəzifədən çıxarılıb);

13. Beynəlxalq İdarənin rəisi, general-mayor Ramiz Nəcəfov;

14. İnspeksiya rəisi, general-mayor Məmməd Beydullayev (Vəzifədən azad edilib);

15. İnspeksiya rəisinin müavini, polkovnik Elxan Əlibəyov;

16. Tədris-Təlim Mərkəzinin rəis müavini, polkovnik Kamal Əbiyev;

17. Hərbi Akademiyanın rəis müavini, polkovnik Şaiq Ramaldanov;

18. Kafedra müdiri Çingiz Şəfiyev (keçmiş general və Şəmkir korpusunun komandiri. 2011-ci ildə Şəmkir korpusunda 7 əsgərin ölümünə səbəb olan cinayət faktına görə Ali Baş Komandan İlham Əliyevi qərarı ilə korpus komandirliyindən çıxarılıb və general rütbəsi əlindən alınıb – red);

19. Ali Hərbi Məktəbin rəis müavini, polkovnik Fuad Şıxaliyev;

20. Tibb İdarəsi rəisinin müavini, polkovnik Beslan Hüseynov;

21. Hərbi-həkim komissiyasının sədri, polkovnik Firudin Qarabəyov.

Tarix
2013.10.27 / 09:49
Müəllif
Axar.az
Digər xəbərlər

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla