Yuxarı

Ön xətt bölmələrinin hazırlığı yoxlanıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ön xətt bölmələrinin hazırlığı yoxlanıldı - Foto

Müdafiənin ön xəttində yerləşən bölmələrin hazırlığı yoxlanılıb.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir Zakir Həsənov cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

Müdafiə nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb. Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib. Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib, onların xidmətləri və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və qısa müddətli məzuniyyətlə mükafatlandırıb.

Tarix
2015.11.07 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla