Yuxarı

İsrail prezidenti İlham Əliyevə zəng etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Prezident İshaq Hersoq Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib.

İsrail Prezidenti səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini vurğulayıb. Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prezident İshaq Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

İsrail Prezidenti başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Tarix
2023.01.28 / 22:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran Naxçıvan sərhədinə hərbi texnika yeridir - Fotofakt

Ermənilər səfirliyimizin qarşısında aksiya keçirdi - Video

Ordumuzun iki rus əsgəri “yaralaması...” – Ermənilər ifşa oldu

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

Qarabağdakı erməni hərbçilərinin sayı – Əliyev ilk dəfə açıqladı

SEPAH-ın Bakıya yeni hədəsində sensasion detal – Video

Erməni əsgər Azərbaycan tərəfə keçib? - Rəsmi

Xankəndi-Laçın yolundakı aksiyanın 100-cü günü...

Xankəndi yolunda son vəziyyət necədir?

Novruz yeni ümidlər gətirir - Mişel

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla