Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
15:05
| Ana səhifə Planet |
|
Filippində Maniladan Palavan əyalətinin turizm bölgəsi Korona gedən “MV June Aster” bərəsində yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, 117 sərnişin və 17 heyət üzvünün olduğu gəmidə yanğın qısa müddətdə yayılıb. Hadisə nəticəsində ən azı 5 nəfər ölüb, 43 nəfər xilas edilib, 86 nəfər isə itkin düşüb.
Bildirilib ki, xilasetmə işləri dənizdə və havada davam etdirilir. Yanğın gəminin yük bölməsində başlayıb. Lakin hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Güclü dalğalar axtarış-xilasetmə əməliyyatını çətinləşdirib. Əməliyyata Filippin ordusu və yerli balıqçılar da cəlb olunub.
|
Tarix
2026.09.10 / 14:08
|
Müəllif
Aysel Baxşiyeva
|