Yuxarı

“Sabah”dan döyüş gözləyirəm, amma uduzacaq... - Ekspert

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sabah”dan döyüş gözləyirəm, amma uduzacaq... - Ekspert

İngiltərə və Azərbaycan futbolunun gücünü, infrastrukturunu və idarəetməsini nəzərə alsaq, əslində “Mançester Yunayted”in oyununda mən “Sabah”dan yalnız bir şey gözləyirəm: mübarizə, əzmkarlıq. Çıxıb bacardıqları kimi oynamalıdırlar.

Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək ilk oyunu barədə danışarkən deyib.

Onun sözlərinə görə, “Sabah”ın “Mançester Yunayted”ə qalib gəlməsi iddiasını ortaya qoya bilmərik:

“Çünki Azərbaycan futbolu ilə İngiltərə futbolunun hansı səviyyədə olduğunu başa düşürəm. Amma təbii ki, azarkeş istəyi var və bütün azarkeşlər istəyir ki, onların komandası qalib gəlsin. Bu baxımdan mən də istəyirəm ki, “Sabah” “Mançester Yunayted”ə qalib gəlsin. Bu, reallığa uyğundurmu? Gücü, futbolçuların səviyyəsini, infrastrukturu, maliyyəni, büdcəni nəzərə alsaq, yox, real deyil.

Üstəlik, İngiltərə komandaları ilə Azərbaycan komandalarının oyunu arasında sanki bir ziddiyyət var. Yəni biz İngiltərə komandaları ilə oynaya bilmirik. Bunu “Qarabağ”ın oyunlarında da görmüşük. Çünki “Qarabağ” ötən il Çempionlar Liqasında sözün həqiqi mənasında möcüzə göstərirdi. Amma Bakıda “Çelsi”ylə oyunu çıxmaq şərtilə, həm“Liverpul”la, həm də “Nyukasl”la oyunda özünə bənzəmədi. Yəni ingilislər bizə o futbolu nümayiş etdirməyə imkan vermədilər.

İndi mən düşünürəm ki, “Sabah” hansı taktikadan yararlanacaq? “Mançester Yunayted”ə qarşı nə qoyacaq? İngilislərin o sürətinə qarşı nəyi təklif edəcək? Çünki ingilis futbolunun təklif etdiyi sürət Azərbaycan çempionatındakı sürətdən tamamilə fərqlidir”.

Ekspert hesab edir ki, Azərbaycanda futbolçu 90 dəqiqə ərzində 5 kilometr qaçmalı olursa, orada 15 kilometr qaçmalıdır:

“Nə qədər biz bunu adiləşdirməyə çalışsaq da, Çempionlar Liqası cəhənnəmdir. Bu, birmənalıdır. Bu cəhənnəmdə təzyiqi adlamaq çox böyük güc sərf edir. Hətta “Qarabağ”ın böyük təcrübəsi belə, 12 il ərzində avrokubokların qrup mərhələsində oynaması da ona kömək ola bilməmişdi. Ona görə ilk mövsümündə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”dan bunu gözləmək bir qədər çox təzyiqdir.

Bu baxımdan mən “Sabah”ın qarşısına hər hansı bir tələb qoymuram. “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində olması mənə görə Azərbaycan futbolu üçün böyük uğurdur. Bundan sonra artıq futboldan zövq almaq lazımdır.

“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub ola bilər. Mənim ehtimalım budur. Bu məğlubiyyətə görə mən “Sabah”ı qınamayacağam, ittiham etməyəcəyəm. Amma onlardan mübarizə, əzmkarlıq, meydanda döyüş gözləyəcəyəm”.

Qeyd edək ki, bu gecə “Sabah” İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tarix
2026.09.10 / 13:47
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla