Yuxarı

Avstraliyada Ermənistanın yalanlarından danışıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan icması Avstraliya ictimaiyyətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçılarının yalanlarına inanmamağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, Avstraliya Azərbaycan Assosiasiyasının, Azərbaycan-Avstraliya-Türkiyə Dostluq Assosiasiyasının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Kvinslend Azərbaycanlıları Cəmiyyətinin yaydıqları müraciətdə təcavüzkar imicə malik olan Ermənistan və erməni separatçılarının bütün dünyanı aldatmaq məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışdığından, hətta idman yarışı zamanı siyasi çağırışlar etməkdən çəkinmədikləri qeyd edilib.

“Australian Open–2023” tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması bunun bariz nümunəsidir. “Bu, yolverilməzdir!”, - deyə müraciətdə vurğulanıb.

Müraciətdə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması tarixi, Azərbaycan ərazisində “Artsax” adlanan “dövlət”in mövcud olmadığı, erməni separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınmadığı, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə ətraflı məlumat verilib. Beynəlxalq hüququn normalarına məhəl qoymayan və havadarlarına arxalanan Ermənistanın saysız-hesabsız təxribatlarının 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndiyi, Azərbaycan dövlətinin təkbaşına BMT qətnamələrini icra edərək öz əzəli torpaqlarını erməni işğalından azad etdiyi vurğulanıb.

“Lakin Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra da Ermənistan yenə işğal dövründəki siyasətini davam etdirir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terror törədir, təbiətə böyük ziyan vurur. İşğal dövründə basdırılmış minaların xəritəsini verməyərək, Azərbaycanın dinc əhalisinə qarşı mina terroru həyata keçirir. Beləki, müharibə bitdikdən sonra 45 nəfər dinc azərbaycanlı həmin ərazilərdə həlak olub, 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”.

Ötən həftə baş vermiş bu hadisəyə dərhal reaksiya verən soydaşlarımız Avstraliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və Ermənistanın əməllərini pisləməyə dəvət ediblər. Qeyd edək ki, Avstraliyanın müxtəlif şəhərlərində yaşayan diaspor fəalları da fərdi olaraq “Australian Open–2023”ün rəsmi internet səhifəsinə, Avstraliyanın Tennis Federasiyasına və nüfuzlu telekanallara çoxsaylı məktublar ünvanlayaraq, bu yolverilməz olaya sərt etirazlarını bildiriblər.

Tarix
2023.02.04 / 19:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran generallarının tam məxfi toplantısı – Gizli sənəd yayıldı

BQXK-nın səkkiz avtomobili Laçına maneəsiz keçdi

Xankəndi-Laçın yolundakı akiyanın 103-cü günü...

Ermənistanın sülh təklifində nələr var? - Detallar

İran Azərbaycanla sərhəddə məkrli plan hazırlayır

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

Son sutkada ölkədə neçə nəfər koronaya yoluxub?

Paşinyan xalqına elan etdi: Yeni eskalasiya…

Yeni müharibə olsa, İrəvan tab gətirəcək? – VOMA da qorxur

İcma: Azərbaycanlıların evlərinə qayıtmaları...

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla