Yuxarı

Fazil Mustafa Tofiq Yaqubluya azadlıq istədi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət Vəkili Fazil Mustafa "Feysbuk" səhifəsində Azərbaycan iqtidarına müraciət edərək İsmayıllı hadisələrinə görə həbs edilən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun azadlığa buraxılmasını istəyib. O, bunu Yaqublular ailəsinin başına gələn son hadisələrlə əsaslandırıb və iqtidarın humanist addım atacağına ümid etdiyini bildirib.

"Axar.az" Fazil Musatafanın statusunu təqdim edir:

"İsmayıllı hadisələrinə görə ittiham olunanlardan biri, Müsavat Partiyasının başqan müavini, Qarabağ qazisi Tofiq Yaqublunun ailə üzvlərinin, müdafiəçisinin və sürücünün başına gələn qəza çox üzücüdür. Məncə Azərbaycan iqtidarı məhz bu anda humanist addım atmağa özündə cəsarət tapmalıdır. Məhkəmə Tofiq Yaqublu barədə həbs qəti-imkan tədbirini dəyişməlidir ki, heç olmazsa ağır əməliyyat keçirəcək xanımının yanında olub mənəvi dəstək verə bilsin. Bunun üçün hansı müraciət forması ilə işin çözülməsi mümkündürsə, tərəfimdən hər bir addımı atmağa hazıram. Ağır durumda olan insanların faciəsinə bu qədər laqeyd yanaşmaq səlahiyyət sahibi olan hər kəsin üzərinə mənəvi məsuliyyət qoyur. İnsanların faciə yaşadığı anlarda heç olmazsa mərhəmətli olmağı bacarmaq lazımdır. Ümid edirəm ki, medianın da dəstəyi ilə bu məsələnin həllində müsbət nəticə əldə olunacaq. Bir daha yaralılara Allahdan şəfa diləyirəm".

Xatırladaq ki, Tofiq Yaqublunun məhkəməsindən dönən ailə üzvləri İsmayıllı rayonunda ağır yol qəzasında yaralanıblar. Qəza nəticəsində Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu və Müsavat Partiyasının üzvü Çingiz Əli ciddi xəsarət alıblar.

Tarix
2014.01.24 / 10:10
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla