Yuxarı

Əliyevin liderliyi ilə Vahid Azərbaycan uğrunda…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda və dünyada baş verən hadisələrin inkişafı və Güney Azərbaycan türklərinin hər birinin taleyi ölkəmizin müstəqil olan hissəsində - Azərbaycan Respublikasında yaşayan soydaşlarımızı və müstəqil dövlətimizi daha yaxından maraqlandırır. Bütün dünya bilir ki, İran molla rejiminin qəddar və repressiv siyasəti Güney Azərbaycanda insanların öz müqəddəratını həll etməsinə imkan tanımır. Şah zamanında da qüvvədə olan bu siyasət İslam Respublikası üçün də dəyişməz qalıb.

Güney Azərbaycanda etiraz akasiyaları qəddarcasına yatırılır. İnsanlar öz haqlarını tələb etdiyinə görə həbslərə, işgəncələrə və edam cəzasına məruz qalırlar. Güney azərbaycanlılar tarixin son 100 ili boyunca bütün hüquqlarından, hətta ilkin insan haqlarından belə məhrum ediliblər. Onların bu müddət ərzində 3 dəfə öz haqları uğrunda inqilabi mübarizəsi qanla yatırılıb. İslam inqilabı nəticəsində mövcud rejim başqa şovinist rejimlə əvəz olunub. İran adlanan ərazidə hakimiyyətə gələn bütün qüvvələrin assimilasiya siyasətinin əsasını “vahid millət, vahid məzhəb, vahid dövlət və vahid dil” təfəkkürü təşkil edib. Bununla da Güneydə yaşayan milyonlarla Azərbaycan türkünün saf və təmiz duyğuları istismar edilib, onların ibtidai hüquqları tanınmayıb, rejim milyonlarla insan üzərində irqçi siyasətini davam etdirib.

Reallıq odur ki, bu gün xalqımızın gəncləri və ziyalılarının əksər hissəsi artıq milli kimliyini öyrənərək düşmənin çirkin siyasətinin və güc sahibləri olan böyük dövlətlərin mənafeyinə qurban olmaq istəmirlər. Xalqımız bir tərəfdən daxildə qəddar, zalim, heç bir insani dəyərə hörmət etməyən teokratik və irticaçı hakimiyyətin repressiyaları ilə üz-üzədir, digər tərəfdən fars şovinist siyasətinin çirkin oyunlarına qurban olmamaq məqsədilə özünüqoruma instikti formalaşmağa başlayıb.

Təəssüf ki, xarici güclər və İrandan kənarda olan müxallif qüvvələrin də çoxu paniranist fars düşüncəli şovinistlər tərəfindən idarə olunur. Bu qruplar istər xaricdə, istər daxildə böyük maliyyə imkanlarına sahib olduğu üçün əllərində olan media vasitələrindən də Azərbaycan türklərinin haqlı mübarizəsinə qarşı istifadə edirlər. İran daxilində maliyyə və hərbi resurslar, güc strukurları türk düşməni olan qrupların əlində cəmləşib. Belə bir durumla üz-üzə qalan milyonlarla Azərbaycan türkü öz müqəddəratını təyinetmə və hüquqlarını qorumaq uğrunda apardığı mübarizədə demək olar ki, tək, əliyalın və dəstəksiz qalıb. Hətta İran adlanan ölkədə yaşayan digər xalqlarla müqayisədə belə Azərbaycan türklərinin dəstək baxımından daha zəif durumda olduğu görünür.

Məsələn, kürdlər illərdir ki, güclü dövlətlərin əlində alətə çevrilərək öz siyasi məqsədlərini təmin edən güclər tərəfindən maddi və hərbi baxımından təmin olunurlar. Bunun müqabilində həmin güclər kürdlərdən istədikləri vaxt İranın mərkəzi hakimiyyətinə qarşı istifadə edirlər. Bu, son etirazlar zamanı özünü açıq şəkildə büruzə verdi. İranda yaşayan ərəblər bütün ərəb ölkələri tərəfidən dəstəklənir və hətta müəyyən mənalarda təmin olunurlar. Bəluclar da bir çox ölkələrin maliyyə və siyasi qurumları tərəfindən tam dəstək alırlar.

Bu nümunələr İrandakı millətlərlə bağlı ümumi mənzərəni canlandırmaq üçün yetərlidir. İranda yaşayan, müəyyən təsir imkanlarına malik olan xalqların hamısı başqa qüvvələr və ya irandaxili güc mərkəzləri tərəfindən dəstəklənir və təmin edilir. Azərbaycanlılar isə bütün geniş imkanlarına və potensial dəyişiklik yaratma güclərinin olmasına baxmayaraq, təkbaşına mübarizə aparmaq məcburiyyətindədirlər.

İrandakı son proseslərin təhlili göstərir ki, indiyə qədər Azərbaycan türkləri apardığı mübarizənin onlara heç bir xeyr vermədiyini hiss etdiyindən, baş verən hadisələrə biganə yanaşır və özünü ümumiran mövzularından uzaq tutur. Əlbəttə, Azərbaycan türklərinin proseslərə qatılmamasının bu ölkədə dəyişikliyi mümkünsüz etdiyi yaxşı anlaşılır. Tarixi imkanları və əhalisinin sayına görə İranda hər hansı bir dəyişiklik baş versə, yalnız və yalnız Azərbaycan türklərinin aktiv iştirakı ilə mümkün ola bilər. Belə bir şəraitdə Azərbaycan türkləri öz yolunu seçməli və xalq və təşkilatlar arasında birlik yaranmalıdır. Azərbaycan xalqının birliyi yalnız Güneydə yaşayanların deyil, güneyli və quzeyli, iqtidarlı və müxalifətli, dövlətli və millətli birlik kimi qəbul olunmalıdır. Güneylə Quzey arasında sərhəd yalnız siyasi anlam daşımalı, xalqın mənəvi və milli birliyinə mane olmamalıdır. Bütün təbliğat vasitələri bu yöndə səfərbər olmalıdır. Xalq yumruq kimi birləşib bizim olanı, haqqı olanı düşməndən almağı bacarmalıdır. Bu istiqamətdə dövlət və millət hər biri öz üzərinə düşəni etməli və xalqımızın böyük qurtuluşunun mübarizəsini birgə aparmalıdır.

Bu istiqamətdə vahid lider və vahid millət ayağa qalxmalı, fərqli düşmənlərə qarşı mübarizəmizi planlı şəkildə aparmalıyıq. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin dəfələrlə soydaşlarımızın hüquqlarını qorumaqla bağlı verdiyi bəyanatları və bu istiqamətdə atdığı real atddımları nəzərə alaraq, quzeyli və güneyli Azərbaycan onu vahid lider kimi qəbul etməlidir.

Gəlin, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinin yaratdığı beynəlxalq imkanlardan istifadə edərək Güney Azərbaycanımızı da Qarabağda olduğu kimi ətimizlə, dırnağımızla, qanımızla azad etməyə çalışaq!

Tarix
2023.03.03 / 08:30
Müəllif
Əlirza Zəmani
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla