Yuxarı

Tiflisdə “sistem dəyişikliyi” prosesi: Bakıya təsiri varmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə “sistem dəyişikliyi” prosesi: Bakıya təsiri varmı?

Gürcüstanda hakimiyyət etirazçıların qarşısında geri çəkildi və “Xarici agent haqqında” qanunun qəbulundan imtina etdi, hərçənd, Tiflis küçələrinin bununla sakitləşəcəyi ehtimalı azdır. Çünki ABŞ-ın kəşfiyyat şəbəkəsinin fəaliyyətinə mane ola biləcək qanun burada prosesin görünən tərəfidir, böyük tabloda isə Gürcüstan Vaşinqton üçün Cənubi Qafqazda Rusiyaya, Avrasiyada Çinə qarşı mübarizə coğrafiyalarından birini təşkil edir. Bu baxımdan İvanişvilinin “xaç atası” olduğu sistemin dəyişməsi uğrunda mübarizənin aktiv mərhələyə keçəcəyi gözləntisi böyükdür.

Axar.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

“Azərbaycanın Qərb qapısı olan Gürcüstanda ABŞ-ın, yaxud Çinin “qalib” olması bizim perspektiv maraqlarımız üçün o qədər də böyük risk yaramır, hər iki halda Avropa bazarına çıxmaq və Asiya bazarına körpü olmaq imkanımız qalır. Ən böyük risk Avropa bazarına çıxış qapımızda Rusiyanın “qalib” olmasıdır”, - o bildirib.

Qeyd edək ki, hakim Gürcü Arzusu kütləvi etiraz aksiyaları səbəbindən “Xarici agent haqqında” qanun layihəsini parlamentdən geri çəkib və mitinqlər zamanı həbs edilənlərin hamısını azad edib.

Aksiyaçılar isə yeni – hökumətin istefası tələbi ilə küçə mübarizəsinin yeni mərhələsinə başlayıb.

Tarix
2023.03.10 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla