Yuxarı

“Təhlükəli adam” İrəvanda: Bakının zərbə istiqaməti...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Təhlükəli adam” İrəvanda: Bakının zərbə istiqaməti...

Ermənistan hakimiyyəti KTMT-dən çıxma prosesini başladıb.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında hərbi ekspert Ayk Nahapetyan deyib.

“Vəziyyət heç də Paşinyan və onun siyasi çevrəsinin dediyi kimi deyil. Biz KTMT-ni tərk edirik və bu, dərhal olacaq. Bu bütöv bir prosesdir. Uğur qazanacaq, ya yox - böyük sualdır.

Niyə NATO-nun təyin etdiyi yeni nəzarətçi, NATO-nun keçmiş baş katibi Anders fon Rasmussen Ermənistana gəldi və məhz İstisuya (Cermuk) getdi? Mən demişdim ki, bura Azərbaycanın Ermənistandan iki vilayəti kəsməyə cəhd etdiyi zərbə istiqamətidir. Şərqdən zərbə - İstisuya (Cermuk), cənubdan, Naxçıvandan Vayka (Soylan (1956-cı ildən 1994-cü ilə qədər isə Əzizbəyov adlandırılıb), Dərələyəzin bir hissəsi – Naxçıvanla Kəlbəcər arasındakı ərazi nəzərdə tutulur red.). Bəli, Cermuk ən həssas yerlərdən biridir.

Düşünürəm ki, Rasmussen Ermənistanın mövqeyini korrektə etməyə gəlmişdi. Ermənistan Nikol Paşinyanın simasında KTMT ilə hərbi və hərbi-texniki əməkdaşlıqdan imtina edib, onun müşahidəçilərinin gəlməsinə də imkan verməyib. İstisna etmirəm ki, müşahidəçilərin ardınca Ermənistana KTMT sülhməramlıları da gələ bilərdi. Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib və Ermənistanda Ukraynada baş verən aksiyaların memarı olan şəxs var. Vaxtilə o, (Rasmussen nəzərdə tutulur – red.) Poroşenkonun (Ukraynanın sabiq prezidenti) hərbi müşaviri olub. Onun səfəri təhlükə ilə doludur”, - Nahapetyan deyib.

Ekspert bildirib ki, vəziyyət ermənilər üçün faciəvidir: “Çünki bu adamın gəlişi regionun tezliklə partlayacağı anlamına gəlir - Ermənistan-Azərbaycan, Azərbaycan-İran, İran-Türkiyə”.

Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları Qərbin planlarından, xüsusən də Cənubi Qafqazda hansı məqsədləri güddüklərindən yaxşı xəbərdardır:

“KTMT-nin baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri təsadüfi deyil. Hələ ki, rəsmi məlumat yoxdur, amma olmasa, mən bunu bütün bu şəkildə qiymətləndirə bilərəm: Ermənistanın indiki hakimiyyətini təmsil edən Paşinyanın əli ilə Qərbin başlatdığı “boşanma” prosesi hazırda davam edir”.

Tarix
2023.03.17 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla