Yuxarı

İcma: Azərbaycanlıların evlərinə qayıtmaları...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcma: Azərbaycanlıların evlərinə qayıtmaları...

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı martın 23-də verdiyi bəyanata münasibət bildirib.

Bu barədə Axar.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 23-də bəyanat verərək Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtma hüququna xələl yetirməyə çalışıb.

Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışıb. Azərbaycanlıların indiki Ermənistandan qovulana qədər orada kompakt yaşamış olmaları faktını qeyd etməklə bərabər vurğulamaq istərdik ki, Qərbi Azərbaycan mövzusu insan hüquqları məsələsidir və bu məsələ Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib.

"Biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur.

Ermənistanın baş naziri başqa ölkələrdə etnik azlıqların vəziyyəti ilə bağlı iftira atmaq əvəzinə, Ermənistandan qovulmuş azərbaycanlı sakinlərin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalı, orada azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə və Azərbaycan mədəni irsin dağıdılmasına son verməlidir.

Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaları azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində həll edilməlidir. Ermənistandan qovulmuş azərbaycanlılar öz evlərinə qayıtması və onların orada fərdi və kollektiv hüquqları təmin edilməsi regionda davamlı sülhün zəruri şərtidir", - açıqlamada vurğulanıb.

Tarix
2023.03.23 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla