Yuxarı

Hitlerin səhvi təkrarlanır: Ukraynada “Stalinqrad döyüşü”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu “Vaqner” muzdlu qrupu ilə birgə aylardır kiçik şəhəri işğal edə bilmədiyinə görə hər gün böyük itkilər verir. Rusiya bu döyüşlərdə müxtəlif təxminlərə görə 30 minə yaxın döyüşçüsünü itirib. Suriyada, Liviyada və Afrikanın mərkəzi ölkələrində ad və pul qazanan “Vaqner” Baxmutda ən ağır məhrumiyyətlərlə üzləşib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ vaxtilə Ukrayna Prezidenti Vladimir Zelenskiyə Baxmutu tərk edib geridə müdafiənin təşkilini təklif etmişdi. Zelenski razılaşmadı və haqlı çıxdı:

“Ukrayna Prezidenti Baxmutu niyə tərk etməməsini dəmir arqumentlərlə izah edib: 1. Əgər Baxmut Rusiya qoşunlarına təhvil verilsə, Rusiya Prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana “satacaq”; 2. Baxmutun təhvil verilməsi nəticəsində Putin “qan qoxusunu hiss edəcək” və ukraynalıların zəiflədiyini düşünərək, təzyiqi daha da artırmağa çalışacaq; 3. Baxmut ruslara təhvil veriləcəyi təqdirdə Ukrayna daxilində siyasi proseslər arzuolunmaz məcraya yönələ və ukraynalıların hakimiyyətə, eləcə də müharibənin gedişinə münasibəti dəyişə bilər, bizim cəmiyyət yorğunluq hiss edəcək və məni Rusiya ilə kompromisə yönləndirməyə başlayacaq”.

Politoloq bildirib ki, Putin Hitlerin səhvini təkrarlayır:

“Hitler üçün İkinci Dünya müharibəsi zamanı Stalinqradı işğal etmək prinsipial məsələydi. Alman qoşunları şəhərə daxil oldular və aylarla küçə döyüşləri davam etdi, Berlin, indiki Moskva kimi, hər gün “şəhər bizimdir” deyərkən sovet qoşunları müqaviməti gücləndirərək şəhəri geri aldı. Stalinqrad uğursuzluğu Hitler Almaniyasının sonunun başlanğıcı oldu. Putin eyni yolla gedir”.

Tarix
2023.03.29 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla