Yuxarı

Bizə deyirlər ki, oyunçularımıza dəyməyin - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizə deyirlər ki, oyunçularımıza dəyməyin - Qurbanov

Futbolçularımı təbrik edir, azarkeşlərimizə təşəkkürümü bildirirəm. Düzdür, texniki səhvlər və top itkiləri çox oldu, amma bunlar normal haldır.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.

"Bəlkə də bu, bəzi oyunçuların ritmdən uzaq olmaları ilə əlaqədar idi. ümumilikdə yaxşı konsentrasiya var idi. Hər bir oyunçumuz meydanda 90 dəqiqə ərzində özünü yaxşı tərəfdən göstərməyə çalışdı, qalib gəlmək üçün xeyli güc sərf etdilər. Futbolçularımın oyuna yanaşmalarından razı qaldım. Rəqib həmkarım Elmar Baxşıyevə uğurlar arzulayıram", - 53 yaşlı mütəxəssis bildirib.

Baş məşqçi yerli klubların legionerləri arasında özünün diqqətini cəlb edənlərin də olduğunun etiraf edib. Lakin onun sözlərinə görə, həmin əcnəbilər çıxış etdikləri komandaların aparıcı üzvləridirlər:

"Bu səbəbdən, onları götürmək heç də asan olmayacaq. Ona görə də bura o qədər də ciddi yanaşmırıq. Bəzən insanda inam olur. Gözləyirsən, amma sonda alınmayanda bir az gec olur. Daha çox kənardan oyunçu götürmək istəyirik. Amma istənilən halda, hər bir legionerin çıxışını nəzərimizdə saxlayırıq. Sadəcə, hər bir klubun rəhbərlikləri ilə münasibətlər elədir ki, bəzən aramızda söhbət olanda "Bizim oyunçulara dəyməyin" deyirlər. Ona görə də yerli klublardan legioner götürmək inandırıcı görünmür".

Qurbanov transfer çalışmalarının çox rahat proses olmadığını vurğulayıb:

"Yekun olaraq, görüşür, ətraflı müzakirələr aparırıq. Amma biz ümumi iş rejimimizi mövsümün sonunda transfer çalışmalarına başlamaq üçün saxlamırıq. İşimizi, danışıqlarımızı mütləq şəkildə davam etdiririk. Hələlik qəti şəkildə kiminləsə danışıqları yekunlaşdırdığımız, razılaşdığımız oyunçu yoxdur. Amma yenə də vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik".

Tarix
2025.05.11 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-dən qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama

Qəzaya uğrayan Türkiyə təyyarəsində neçə nəfər olub?

Fərhad Əhmədovun şirkəti bağlandı, əmlakına həbs qoyuldu

Gəncədən qalxan Türkiyə təyyarəsi niyə qəzaya uğradı? – General

İlham Əliyev Ərdoğana zəng etdi

Azərbaycan XİN Türkiyəyə bağsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Paşinyan AB səfirləri ilə görüşdü: Vaşinqton sazişi...

Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan

Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla