Yuxarı

İlham Əliyev İmaməli Rəhmanı Bakıya dəvət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev İmaməli Rəhmanı Bakıya dəvət etdi

Mən əziz dostum, qardaşım İmaməli Şərifoviç Rəhmana qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. İmaməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti İmaməli Rəhman ilə birgə mətbuata bəyanatında deyib.

"İmaməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. Sağ olun", - deyə dövlət başçısı bildirib.

Prezident İmaməli Rəhman isə öz növbəsində təşəkkür edib:

"Sağ olun, İlham Heydər oğlu. Məni Azərbaycan Respublikasına səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. İlk münasib imkan yaranan kimi Sizin lütfkar dəvətinizdən mütləq istifadə edəcəyəm".

Tarix
2023.04.05 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla