Yuxarı

Elmar Məmmədyarov Gürcüstana getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstana yola düşüb.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onun sözlərinə görə, E.Məmmədyarov Tiflisdə "Şərq Tərəfdaşlığı" ölkələrini xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

H.Hacıyev XİN rəhbərinin görüşdə çıxış edəcəyini bildirib.

Görüşdə "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsinin gedişatı, eləcə də əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq.

Bu görüşdə, həmçinin genişləndirmə üzrə Avropa komissarı Yohannes Han və Avropa İttifaqı baş katibinin müavini Helqi Şmidtin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı" Avropa İttifaqı ilə 6 dövlət - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus arasında siyasi və iqtisadi inteqrasiyaya yönəlmiş proqramdır.

Tarix
2015.11.26 / 12:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla