Yuxarı

Rusiyalı deputat: “Türklər qanımızı satın alır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın radikal millətçi Liberal Demokrat Partiyasının millət vəkili Sergey Furqal ölkə vətəndaşlarına türk restoranlarını baykot etmək çağırışı edib.

Axar.az xəbər verir ki, Furqal restoranlarda satılan dönərlərin keyfiyyətsiz olduğunu deyib:

"Bunu etmək doğru olar. Türkiyə və hakimiyyəti aqressiv addımlar atdı və biz buna cavab vermək məcburiyyətindəyik. Türkiyənin terrorçuları dəstəklədiyini nəzərə alsaq, biz də bu mübarizəyə başlamalıyıq. İŞİD Suriyadan Türkiyəyə neft daşıdığı bir vaxtda, türklər burada bizim qanımızı satın alır. Bu məhsullar hansı keyfiyyət normalarına əsasən hazırlanır? Bunlar insan orqanizminə ziyandır. Türklər saxta spirtli içkilər hazırlamaqla vətəndaşlarımızı zəhərləməyi də çox sevir. Bu, Türkiyənin müsəlman ölkə olması və orada spirtli içkilərin az istifadə olunması ilə əlaqələndirilir".

Furqal 2011-ci ildə rus turistlərin spirtli içkidən zəhərləndiyini və nəticədə 21 nəfərin həyatını itirdiyini xatırladaraq hadisənin Rusiya vətəndaşlarına qarşı hörmətsizlik olduğunu bildirib.

Tarix
2015.11.28 / 16:40
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla