Yuxarı

İlham Əliyev: "Sənədlərin altındakı imzalarımız..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir.

APA-nın məlumatına görə, bu barədə Minskdə Azərbaycan və Belarus prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə prezident İlham Əliyev bildirib.

"Bu gün mənim nümayəndə heyətimin üzvləri də Belarusun nə dərəcədə uğurla, dinamik, səmərəli inkişaf etməsini bir daha öz gözləri ilə gördülər. Minsk çox yaraşıqlı – qəşəng, rahat, təmiz şəhərə çevrilib. Əminəm ki, burada yaşamaq, işləmək xoşdur, buraya gəlmək xoşdur.

Ölkələrimiz arasında münasibətlər həqiqətən ən yüksək səviyyədədir. Siz tamamilə haqlısınız, biz buna nail olmaq üçün uzun yol keçmişik. Lakin 10 ildən bir qədər çox əvvəl başlanmış bu cür fəal əməkdaşlıq illərində, mənim fikrimcə, bir-birimizi müxtəlif vəziyyətlərdə artıq yetərincə sınamışıq. Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir", deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı belaruslu həmkarı ilə danışıqlar zamanı bir sıra məsələlər barəsində razılığa gəlindiyini qeyd edib: "Biz sevinirik ki, Belarus uğurla inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, indi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur. Biz qarşıdurma dövründə yaşayırıq. Təbii ki, bu vəziyyət beynəlxalıq məsələlərin həllinə yeni yanaşmalar tələb edir. Bax, bu cür şəraitdə Belarusda mövcud olan ictimai-siyasi sabitlik uğurun əsas göstəricisidir, habelə bu uğurun davam edəcəyinin rəhnidir. Biz, Sizin dostlarınız kimi, buna çox şadıq.

Belarus bizim üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək".

Tarix
2015.11.28 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla