Yuxarı

"Əgər belə olsa, Putin Qarabağa qoşun yeridəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov Ankara ilə Moskva arasında gərginliyin azaldılması üçün 3 tələb irəli sürüb.

ANS-in məlumatına görə, Sergey Markov iki ölkə arasındakı buzların nə zaman əriyəcəyi barədə ciddi açıqlamalar verib.

Su-24 təyyarəsinin vurulmasından sonra çox şeyin 180 dərəcə dəyişdiyini deyən Markov bildirib ki, Moskva bu hadisəyə qədər Ankaranı dost ölkə olaraq görürdü.

"Ancaq təyyarəmiz vurulursa, pilotumuz öldürülürsə, biz bunu dost olaraq deyil, düşmən addımı kimi dəyərləndiririk. Türkiyəni idarə edənlərin bir çox səhvlərinin olduğunu biz daha öncə də görürdük. Lakin Türkiyə ilə çox yaxın münasibətlərimiz olduğu üçün bunları açıq şəkildə dilə gətirmirdik. Artıq bu atmoster pozulduğu üçün, Türkiyə rəhbərliyinin səhvlərini açıq-aşkar deməymiz üçün heç bir maneə yoxdur", - deyə Markov bildirib.

Bununla yanaşı, Putinin yaxın adamı Markov Rusiya ilə Türkiyə arasında mövcud olan gərginliyin müharibə ilə nəticələnməyəcəyini deyib.

"Türkiyə və Rusiya arasında müharibənin olmasını heç kim istəmir. Digər tərəfdən isə təhlükəli vəziyyət yaranıb. Suriyada həm Türkiyə, həm də Rusiya öz varlığını göstərməyə çalışır. Hətta Türkiyədə bəzi siyasətçilər Azərbaycanı Dağlıq Qarabağa hərbi müdaxilə etməyə təşviq edir. Halbuki Azərbaycan və Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanla bağladığı müqavilələr çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək məcburiyyətində qalacaq. Bu təhlükələr qarşısında son dərəcə soyuqqanlı olmaq lazımdır", - Markov qeyd edib.

Rusiya ilə Türkiyə arasında iqtisadi müharibənin pik həddə çatmasınin iki ölkənin iqtisadiyyatına böyük ziyan vurduğunu deyən Sergey Markov deyib ki, Rusiya prezidenti Vladimir Putin ölkələr arasında uzlaşma formulunu təklif edib.

Rusiyanın Türkiyədən 3 tələbi:

1. Təyyarənin Suriya hava məkanında vurulması qəbul edilməlidir. Təyyarənin pilotları katapult edərək paraşütlə Suriya torpaqlarına düşüblər. Bu, təyyarənin Suriyada olarkən vurulduğunu isbat edir.

2. Türkiyə bu hadisədən dolayı üzr istəməlidir.

3. Təyyarənin vurulmasında məsuliyyətli olan şəxslər cəzalandırılmalıdır.

Markov deyib ki, Putinin bu təklifi Rusiya və Türkiyə arasında iqtisadi və siyasi müharibəni dayanmasına səbəb olacaq. Siyasətçi sözlərinə onu da əlavə edib ki, iki ölkə arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq.

Tarix
2015.11.29 / 22:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla