Yuxarı

Hərbçilərimizin azad olunması ilə bağlı müraciət olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərimizin azad olunması ilə bağlı müraciət olundu

Britaniya Azərbaycanlıları Koordinasiya Şurası Ermənistan tərəfindən əsir götürülmüş və qeyri-insani rəftara məruz qalmış Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, müraciətdə əsgərlərimizin hansı şəraitdə Ermənistana əsir düşməsinə bir daha aydınlıq gətirilib, BQXK-dan bu məsələyə dərhal müdaxilə etmək və itkin düşən Azərbaycan hərbçilərinin azad edilməsini təmin etmək naminə təcili tədbirlər görmək tələb olunub.

Cenevrə Konvensiyasına istinad edən Koordinasiya Şurası xatırladıb ki, hərbi əsirlərlə humanist şəkildə davranmaq, onları hər cür zorakılıq, təhdid, təhqir və ictimai maraqdan qorumaq lazımdır. “Biz xatırlatmaq istərdik ki, Ermənistan Cenevrə Konvensiyasını imzalayan ölkədir və buna görə də onun müddəalarına riayət etməlidir. Buna baxmayaraq, erməni hərbçilərinin bu məsələdə hərəkətləri imzalanan Konvensiyanın kobud şəkildə pozulduğunu göstərir. Biz Ermənistan hakimiyyətindən itkin düşən azərbaycanlı əsgərləri dərhal və qeyd-şərtsiz azad etməsini, onlara qarşı humanist və hörmətli münasibətin təmin olunmasını tələb edirik”, - deyə müraciətdə vurğulanıb.

Qeyd edilib ki, BQXK hərbi əsirlərin hüquqlarını qorumaq, həmçinin müdafiə etmək üçün mənəvi və hüquqi öhdəliklərə malikdir.

Bölgədəki vəziyyətin mürəkkəb və gərgin olduğunu dərk etdiklərini vurğulayan soydaşlarımız insan hüquqlarına hörmət bəslənilməsinin, bütün tərəflərin beynəlxalq hüquq üzrə öz öhdəliklərinə əməl etməsinin təmin olunması üçün BQXK-nı öz təcrübəsindən və resurslarından istifadə etməyə çağırıb.

Tarix
2023.04.26 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla