Yuxarı

"Bunu bütün nardaranlıların adına yazmaq olmaz"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaran qəsəbəsində baş verən son hadisələrə Azərbaycanda müəyyən müxalifət qüvvələrinin, eləcə də Milli Şuranın ayrı don geyindirməsi və bunu əhalinin sosial problemləri, qəsəbə əhalisinin incidilməsi ilə əlaqələndirməsi çox təəssüfedici haldır.

Milli Məclisin deputatı Tahir Rzayev Trend-ə açıqlamasında bildirib ki, qəsəbədə əhali incidilmir və hər hansı təzyiqə məruz qalmır.

Deputat qeyd edib ki, Nardaran hadisələrinə belə donun geyindirilməsi təxribatdır.

Din pərdəsi altında İraq, Suriya və digər ölkələrdə bir çox hadisələrin baş verdiyini xatırladan T.Rzayev əlavə edib ki, Nardaranda baş verənlərin islam dini ilə heç bir əlaqəsi yoxdur: "Nardaranlıların dinə, Allaha bağlı olmasından istifadə edərək onları əyri yola çəkmək istəyirlər. Nardaranlılar buna getməməlidirlər, çünki onlar müəyyən dairələr tərəfindən aldadılırlar. Bu, Nardaranda baş verən birinci hadisə deyil. Çox təəssüflər olsun ki, daxildə olan müxalif qüvvələr, eləcə də xaricdə onlara dəstək verənlər nardaranlılarla birləşərək Azərbaycan əleyhinə müəyyən təxribatlar törədirlər. Əslində, qəsəbədə baş verənləri bütün nardaranlıların adına yazmaq olmaz. Bu hadisələri din pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək istəyən bir qrup ekstremist qüvvələr törədir, özlərinə lazım olan bir necə adamı ətraflarına yığaraq təxribatlar həyata keçirmək istəyirlər".

T.Rzayev qeyd edib ki, Nardaranın sözükeçən, ağsaqqal insanları özlərində iradə taparaq bu hadisələri obyektiv qiymətləndirməli və bu hadisələrin Azərbaycana qarşı törədilən təxribat, ölkədə ictimai-siyasi sabitliyin pozulması cəhdi olduğunu başa düşməlidirlər.

Tarix
2015.12.01 / 11:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla