Yuxarı

Gəncədə radikallara qarşı əməliyyat – Həbs var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər BPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Müsəlman Birliyi" adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Mübariz İbrahimov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, M.İbrahimova məxsus VAZ-2106 markalı avtomobilə baxış zamanı 4 ədəd RQD-5 qumbarası, 1 ədəd qoruyucu, 2 ədəd kitabça ("Müsəlman Birliyi" adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırovun müraciəti) götürülüb.

Noyabrın 30-da Gəncə şəhər BPİ əməkdaşları tərəfindən "Müsəlman Birliyi" adlı hərəkatın üzvlərinə dəstək verən Ramiz Sarıyevin Yeni Gəncə qəsəbəsindəki evinə baxış zamanı 3 ədəd F-1 qumbarası, 2 ədəd patron darağı, 67 ədəd müxtəlif çaplı patron, 1 ədəd planşet, 9 ədəd DVD disk, 22 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça ("Müsəlman Birliyi" adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırovun müraciəti) aşkar edilib.

Noyabrın 30-da Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən "Müsəlman Birliyi" adlı hərəkatın üzvlərinə dəstək verən Rövşən Əsədovun evinə baxış zamanı 1 ədəd AK-74 makalı silah, 2 ədəd patron darağı, 30 ədəd patron, 11 ədəd DVD disk, 12 ədəd dini ədəbiyyat, 5 ədəd üzərində fars yazıları olan bankomat kartı, 1 ədəd üzərində fars yazıları olan mobil telefon üçün kart və 4 ədəd kitabça ("Müsəlman Birliyi" adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırovun müraciəti), Anar Sultanovun evinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəslimiş ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, 2 ədəd patron darağı, 50 ədəd müxtəlif çaplı patron, 91 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça ("Müsəlman Birliyi" adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırovun müraciəti) aşkar ediləkərək götürülüb.

Noyabrın 30-da Kəpəz RPİ əməkdaşları tərəfindən "Müsəlman Birliyi" adlı hərəkatın üzvlərinə dəstək verən Füzuli Abbasovun mənzilinə baxış zamanı 2 ədəd F-1 qumbarası, 2 ədəd patron darağı, 52 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü bıçaq, 68 ədəd DVD disk, 26 ədəd təqvim, 52 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça ("Müsəlman Birliyi" adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırovun müraciəti), Ramil Abbasovun evinə baxış zamanı 1 ədəd, F-1, 1 ədəd RQD-5 qumbarası, 25 ədəd müxtəlif çaplı patron, 1 ədəd audio disk, 4 ədəd dini lövhə, 4 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça ("Müsəlman Birliyi" adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırovun müraciəti) aşkar ediləkərək götürülüb.

Tarix
2015.12.01 / 13:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla