Yuxarı

İran bəslədiyi azərbaycanlı terrorçuları həbs edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bəslədiyi azərbaycanlı terrorçuları həbs edib?

İranın “Azəriha” saytı İrana bağlı terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun Qum şəhərində həbs olunduğu haqda məlumat yayıb.

Xəbər indiyə qədər heç bir rəsmi saytda dərc edilməyib, rəsmi mənbələr tərəfindən də nə təsdiq, nə də təkzib edilib.

“Hüseyniyyun” Azərbaycan Respublikasında islam dövləti qurmaq hədəfi ilə SEPAH-ın Qüds briqadası tərəfindən yaradılan terrorçu qruplaşmadır.

İranın özünün yaratdığı terrorçu qruplaşmasının aparıcı qüvvələrini həbs etməsi inandırıcı görünmür. Həmin şəxsləri tutub Azərbaycana verəcəyi də imkansızdır. Belə olan halda İranın 40 ildir yaratdığı və özünümüdafiə sisteminə çevirdiyi “şiələrin müdafiəçisi” təbliğatı tamamilə məhv ola bilər. Regionda İranı dəstəkləyən bütün hərbi qruplaşmalar arasında etimadsızlığa gətirib çıxardar. Bu səbəblərdən xəbərin düzgün olduğuna inanmaq çətindir.

Yanlız bir halda İran belə bir addım ata bilər. İran-Azərbaycan münasibətlərində son aylarda baş verən gərginlikdə bu şəxslərin də rolu olsa – Azərbaycan səfirliyinə və Azərbaycanda millət vəkilinə qarşı terror aktları - və Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən bununla bağlı ciddi faktlar mövcud olsa, İran belə bir addım ata bilər. Bu da sırf öz imicini və etibarını bəzilərini qurban verməklə qorumaq məqsədi ilə ola bilər.

Lakin belə olan halda da həmin şəxslərin Azərbaycana verilməsi mümkünsüzdür.

Tarix
2023.04.28 / 12:49
Müəllif
Əlirza Zəmani
Digər xəbərlər

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla