Yuxarı

Hərbçi bəraət aldı: bəs, günahsız yatdığı 5 ilin əvəzi?..

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tərtər işi” üzrə bir sıra təqsirkar hesab olunan şəxslərin bəraət alması nəticəsində həbsdə qaldıqları müddətin necə kompensasiya olunacağı məsələsi aktuallaşıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, bəraət almış şəxslərin hüquqları əsasən, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi və Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Cinayət qanunvericiliyinin tələblərinə əsasən, cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ şəxsə izah edilir və ayrıca protokol tərtib olunur. Cinayət qanununa əsasən vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslər müəyyən edilmişdir. Bu şəxslərin sırasında bəraət almış təqsirləndirilən şəxslər təsbit edilmişdir. Həmçinin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməli, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir”.

S.Vəkilov vurulmuş ziyanın hansı andan hesablandığı məsələsinə də toxunub:

“Qanunverciliyə əsasən, bəraət almış şəxslərə - cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 gün keçdikdən sonradan hesablanır. Qanuna əsasən, vurulmuş ziyana görə kompensasiya fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

Bəraət almış şəxslərə aşağıdakılara görə kompensasiya verilir:

- Məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;

- Müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;

- Ödənilmiş məhkəmə xərcləri;

- Müdafiəçiyə ödənilmiş pul məbləği;

- Hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;

- Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz;

- Ziyan bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərara əsasən ödənilmişsə və sonradan bu qərar ləğv edilərək müvafiq şəxsin barəsində həmin cinayət təqibi ilə əlaqədar ittiham hökmü çıxarılmışsa, ziyanın ödənilməsinə yönəldilmiş məbləğlər tutulması üçün məhkəmə tərəfindən təkrar icraya yönəldilə bilər”, - hüquqşünas bildirib.

S.Vəkilovun sözlərinə görə, qanunla vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqların bərpası da nəzərdə tutulub:

“Əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq;

- Azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək;

- Əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək;

- Məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək;

- Məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq.

Həmçinin məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə:

- Məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməlidir;

- Şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən media subyekti vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.

- Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir”.

Qeyd edək ki, Tərtər hadisələri zamanı dövlətə xəyanətdə təqsirli bilinərək 11 il müddətinə məhkum edilmiş hərbçi Sədayıl Şükürova 31 mayda bəraət verilib.

S.Şükürov 2018-ci ildən həbsdə idi.

Tarix
2023.06.02 / 08:30
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla