Yuxarı

İran Şərqi Azərbaycanı parçalamaq istəyir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Şərqi Azərbaycanı parçalamaq istəyir - Video

09:00

Şərqi Azərbaycanı parçalayıb, orada Səhənd adında yeni bir vilayət yaratmaq fikrindədirlər. Ora Şərqi Azərbaycan yox, Səhənd vilayəti deyiləcək və Azərbaycan adı üstündən götürüləcək.

Bu sözləri Axar.az-a güneyli araşdırmaçı və milli fəal Məhəmməd Rəhmanifər İranın Güney Azərbaycanı parçalayaraq yeni vilayətlərə bölmək planından danışarkən deyib.

Onun sözlərinə görə, bu vilayətləri yaratmaqda məqsəd İranın Azərbaycan kəlməsinə olan qısqanclığıdır:

“İranın əsas məqsədi Azərbaycan kəliməsini Güney Azərbaycan torpaqlarından silməkdir. Bu siyasət illərdir davam edir. Hələ Pəhləvilər zamanında çalışıblar ki, torpaqlarımızı parçalayıb, vilayətlərə təzə adlar verməklə, Azərbaycan adını bölgələrin üzərindən götürsünlər. Bəzi yerləri Azərbaycandan ayırıb, başqa vilayətlərə verdilər. Bir vaxtlar Zəncanı ayırıb, vilayət etdilər. Astaranı, Sunquru, Bicarı ayırıb kürd vilayətlərinə tabe etdilər. Həmçinin, Xoy adında bir vilayət yaratmaq istəyirdilər, lakin o zaman biz qarşı çıxdıq. İndi isə Səhənd adlı vilayət yaratmaq fikrindədilər".

O, hələ rəsmiləşdirilməyən prosesin Tehran KİV-lərində təbliğatının aparıldığını bildirib:

"Azərbaycan adı hazırda iki vilayətin üstündə qalıb: Qərbi və Şərqi Azərbaycan. 20 il bundan öncə də Şərqi Azərbaycanın daxilində şəhər olan Ərdəbili eynən bu cür ayırıb, ayrıca vilayətə çeviriblər. Əsl məqsədləri birdir: Azərbaycanı parçalamaq və tarixi adını silmək. Çalışırlar, elə şərait yaratsınlar ki, Azərbaycan adını dilə gətirməyə ehtiyac qalmasın. İranın rəsmi televiziya və qəzetlərində Qərbi Azərbaycanı “Ustani Urmiyə”, Şərqi Azərbaycanı “Təbriz” olaraq təqdim edir, Azərbaycan Respublikasına da “Bakı Cümhuriyyəti” deyirlər".

Tarix
2023.06.10 / 12:52
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla