Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2019


Prezidenti məhkəməyə verən erməniyə AŞPA-dakı cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın deputatı Zöhrabyan Azərbaycanla bağlı, xüsusilə Azərbaycan Prezidenti ilə bağlı tamamilə yalanlanlarla dolu fikirlər səsləndirdi".

"Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva erməni millət vəkilinə cavab çıxışı olaraq bu gün AŞPA-dakı toplantıda səsləndirib.

O, Naira Zoqrabyanın Azərbaycan Prezidenti ilə bağlı irəli sürdüyü iddiaların əsassız olduğunu bildirib.

"Ermənistan nümayəndə heyəti öz ölkəsində rəsmi İrəvandan Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edən 1416 saylı AŞPA qətnaməsinin yerinə yetirilməsinə çalışmaqdansa, Avropa Şurası millət vəkillərinə doğru olmayan məlumatlar verir, böhtan çıxışlar edirlər. Az əvvəl çıxış edən Ermənistan millət vəkili Zöhrabyan Azərbaycanla, xüsusilə Azərbaycan Prezidenti ilə bağlı tamamilə yalanlarla dolu fikirlər səsləndirdi ki, sizin hər biriniz onun yalan olduğunu qısa zamanda araşdıra və görə bilərsiniz".

Daha sonra millət vəkilimiz AŞPA-dakı nümayəndələrə əsas fikri Ermənistanın illərdir yürütdüyü siyasətə nəzər yetirməyə çağırıb: "Siz Ermənistan dövlətinin illərlə apardığı siyasətin - etnik təmizləmə siyasətinin mahiyyətini anlayacaqsınız. Ermənistanın apardığı siyasət, bu ölkədə təhsil və kütləvi informasiya vasitələri ilə siyasətçilərin gənc nəsillərdə azərbaycanlılara qarşı yaratdıqları rasizm, nifrət və tolerantsızlığın nəticəsi idi ki, 1988-ci ildə Ermənistan dövləti etnik təmizləmə siyasəti apararaq yüzminlərlə azərbaycanlını Ermənistandan, öz ata-baba torpaqlarından zorla, işgəncələrlə qovaraq qaçqın həyatı yaşamağa məhkum etdilər. Bundan sonra isə Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı dəhşətli soyqırım həyata keçirdir. 1 milyona yaxın azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və Ermənistan AŞPA-nin 1416 saylı qətnaməsinə baxmayaraq, onların öz evlərinə dönməsinə imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Ermənistan nümayəndə heyəti bu kimi dəhşətli faktlardan danışmaq əvəzinə yalan məlumatlar və böhtanlar yağdırırlar".

O, Ermənistan millət vəkillərini Assambleyaya yalan məlumatlar verməkdə günahlandırıb. Q.Paşayeva belə çıxışların vəziyyətin daha da gərginləşməsinə səbəb olduğunu bildirib. Millət vəkili Avropalı parlamentariləri Ermənistanın yalanlardan, işğaldan əl çəkməyə çağırmağa səsləyib.

Qeyd edək ki, bu gün AŞPA-da çıxış edən erməni millət vəkili Naira Zoqrabyan İlham Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. O, Azərbaycan Prezidentini ermənilərə qarşı millətçi çıxışlara və Ramil Səfərov məsələsində göstərdiyi millətçi mövqeyə görə suçlayıb.

Tarix
2014.01.29 / 15:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qarabağ klanı Davos görüşündən niyə narahatdır?

Erməni ekspertdən Qarabağ açıqlaması: Ən qısa zamanda...

Ankara ilə Moskva arasında tarix yaşanır – İsti şərh

İlham Əliyevin İsveçrəyə səfəri başa çatdı

Qərəzli monitorinq: Qeyri-peşəkarlıq, yoxsa...

Dünyada bu mühitə ehtiyac var - Millət vəkili

Nüfuzlu şəxslərin Əliyevlə görüşməsi... - Deputat

Azərbaycan bu sahədə sıçrayışlı irəliləyişə nail oldu - Deputat

Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıyır - Deputat

Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama - Rəsmi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla