Yuxarı

Türkiyəli antitürk xanım Niderlandın baş naziri olur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın ədliyyə və təhlükəsizilik naziri Dilan Yaşılgöz Türkiyəli olsa da, antitürk düşüncəli bir şəxsdir. Atasının terrorçu-kürd qruplarına yaxınlığı var idi. Qızı da atasının yolu ilə gedir və hər yerdə Türkiyəyə qarşı addımlar atır.

Bu sözləri Axar.az-a güneyli siyasi şərhçi Mehdi Nəimi Dilan Yaşılgözün Baş nazir vəzifəsinə seçilə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib:

O bildirib ki, Niderlandın ədliyyə və təhlükəsizlik naziri Dilan Yaşılgöz ötən gün vəzifəsindən istefa verən Mark Ruttenin postuna ən real namizəd sayılır:

“Hollandiya Nümayəndələr Palatasının üzvü Sofi Hermansın da şansı yüksək qiymətləndirilir. Əgər Dilan Yaşılgöz belə yüksək vəzifədə oturarsa, mütləq mövqeyindən istifadə edəcək və türklərə qarşı çıxacaq. Hətta Fransa kimi erməniləri dəstəkləyə bilər. Biz onun dəfələrlə kürdlərə, ermənilərə dəstək verdiyinin şahidi olmuşuq. “Silahlı erməni qadın” portretinin önündə şəkil çəkdirməsi bir müddət türk və Azərbaycan mətbuatında müzakirə olunmuşdu. Açıq bir şəkildə türklərə qarşı olduğunu hər bir hərəkəti ilə nümayiş etdirir”.

Qeyd edək ki, cümə günü Niderlandın Baş naziri Mark Ruttenin rəhbərlik etdiyi hökumət istefa verib. Miqrasiya siyasətindəki fikir ayrılıqları hakim koalisiyanın dağılmasına səbəb olub. Rutte noyabrda keçiriləcək seçkilərə qədər müvəqqəti Baş nazir vəzifəsində qalacaq.

Niderlandın gələcək Kabinet rəhbəri olmaq iddasına düşən Dilan Yaşilgöz ölkədə Türkiyənin qatı düşməni kimi tanınır. Onun atası Yücel Yaşilgöz 1984-cü ildə terror təşkilatı PKK ilə bağlantısı üzə çıxandan sonra axtarışa verilib. Y.Yaşilgöz həmin il Türkiyədən Niderlanda qaçıb.

Əvvəlki açıqlamalarında türkləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin cinayət olmadığını müdafiə edən D.Yaşılgöz 2018-ci ildə Niderlandda qondarma “erməni soyqırımı”nı tanıyan 5 türkəsilli deputatdan biri olub.

1977-ci ildə Türkiyənin Tunceli şəhərində doğulan Dilan Yaşılgöz 2014-cü ildə həkim Rene Zegeriusla ailə həyatı qurub. Onun kabinetində Birinci Qarabağ savaşına aid və təbliğat məqsədi ilə çəkilən “Silahlı erməni qadın” portreti asılıb. Dilan Yaşılgöz, həmçinin, Tovuz döyüşləri ərəfəsində Azərbaycanın Niderlanddakı səfirliyinə hücum edən və polis tərəfindən saxlanılan ermənilərin dərhal sərbəst buraxılmasını tələb etmişdi.

Tarix
2023.07.12 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla