Yuxarı

Xankəndidə aksiya: 35 il öncəki ssenari tətbiq edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə aksiya: 35 il öncəki ssenari tətbiq edilir

Bu gün saat 9:00-da separatçı rejim Xankəndidə aksiyaya başlayıb. Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan dünən axşam videomüraciət yayıb və “hamını” meydana çıxmağa çağırıb.

O bildirib ki, “xalq hərəkatı”na başlayırlar və bugünkü aksiyada bundan sonra nə edəcəklərinə qərar verəcəklər. Bu, 1988-ci il hadisələrinin təkrarıdır və ermənilər hələ də hesab edirlər ki, 35 il öncə etdikləri kimi, eyni addımla istədiklərinə nail ola biləcəklər. Lakin indi nə ötən əsrdir, nə Azərbaycan həminki ölkə. Bu gün erməni separatizmini Rusiyanın özü belə qorumaq əzmində deyil. Bu baxımdan, qondarma “xalq hərəkatı”nın nəticəyə təsir edəcəyi ehtimalı azdır.

Lakin Brüssel görüşü ərəfəsində separatçıların bu addımının iki məqsədi var:

Birincisi, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etiraz etmək;

İkincisi, görüşdə Paşinyanın “əlini gücləndirmək”.

Birinci hədəf görüntü xarakteri daşıyır və istisna deyil ki, aksiya qərarını Brüsselə getməmişdən öncə Paşinyan verib.

Paşinyan Brüsseldə qondarma “Xankəndi-Bakı” formatının və “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxlq mexanizmin” yaradılması iddiasında yenidən israr edəcək. Və Laçın postunun açılmasının vacibliyini irəli sürəcək. Xankəndidəki aksiyanın da Nikolun iddialarını əsaslandırmaq üçün lazım olduğu görünür. Hərçənd, indiyə qədər belə “aksiya gedişləri” etsələr də, nəticəyə təsir edə bilməyiblər. Azərbaycanın Qarabağla bağlı gündəliyi beynəlxalq müstəvidə artıq qəbul olunub və Bakının prinsipial mövqeyi dəyişməyəcək.

Tarix
2023.07.14 / 09:25
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla