Yuxarı

İki gəncin ölümünün baiskarı ölkədən qaçıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki gəncin ölümünün baiskarı ölkədən qaçıb

Nərimanovdakı binanın uçmasında təqsirləndirilən ekskavatorçunun istintaqdan yayınaraq Gürcüstana getdiyi deyilir.

Bakının Nərimanov rayonu ərazisində iki nəfərin ölümünə səbəb olmuş uçqun hadisəsi ilə bağlı başlanan cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir. Hazırda söküntü aparılan əraziyə Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Prokurorluqda söküntüdə işləyən işçilərdən izahat alınır. Ancaq ekskavatoru idarə edən şəxsdən izahat ala bilməyiblər. Buna səbəb həmin şəxsin ölkədən qaçıb, Gürcüstana sığınmasıdır. Podratçı şirkət isə onun yerinə 60 yaşlarında başqa bir fəhləni ekskavator sürücüsü kimi prokurorluğa təqdim etməyə çalışıb. Hazırda uçqunu törədən ekskavatorçunun tapılması istiqamətində axtarışlara başlanılıb. Söküntünü isə "Araz" MTK aparıb. Texniki avadanlıq müqavilə əsasında bu şirkətə verilib.

Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçurularkən bədbəxt hadisə baş verib. 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu uçqunun altında qalaraq həlak olublar.

Faktla bağlı dərhal Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri ekspertizalar təyin olunub. İstintaq tədbirləri davam etdirilir. ("Musavat.com")

Tarix
2014.01.30 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

Prezident ona "Dostluq" ordenini təqdim etdi - Foto

Prezident onları qəbul etdi - Foto

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla